IQNA

8:05 - February 06, 2019
Xəbər sayı: 3484648
Türkiyənin Humanitar Yardım Fondunu (İHH) Fələstinin Qəzza regionunda ehtiyaclı və yetim ailələr arasında qida məhsulları paylayıb. Paylanılan 670 yeşik qidanın dəyəri 24 min avro olub.

Qəzzada ehtiyaclılara qida məhsulları paylanıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Türkiyənin Humanitar Yardım Fondunu (İHH) Fələstinin Qəzza regionunda ehtiyaclı ailələr arasında qida məhsulları paylayıb.

Türkiyənin Humanitar Yardım Fondu dünən, həftənin ikinci günü, 5 Fevral 2019-cu il, 670 yeşik qida məhsullarını Qəzzanın yetim və yoxsul ailələrinə çatdırıb.

Türkiyənin Humanitar Yardım Fondunun media bölməsinin rəisi Mahmud Şərfa deyib: Bu qida məhsullarının ümumi dəyəri 24 min avro məbləğində olub.

O əlavə edib: Türkiyənin Humanitar Yardım Fondu öz köməklərini İsrail rejiminin mühasirəsində çətin iqtisadi şəraitdə olan məzlum Fələstin xalqına çatdırmaqda davam edəcək.  

Beynəlxalq təşkilatların verdiyi hesabata görə, Qəzza sakinlərinin 80 faizi yaşamaq üçün beynəlxalq humanitar yardımlara ehtiyaclıdırlar. Əhalinin 40 faizi yoxsulluq xəttindən aşağı və çox acınaqcaqlı bir vəziyyətdə ömür sürürlər.

http://iqna.ir/fa/news/3787944  

Ad:
E-poçt:
* Comment: