İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslam peyğəmbərinin sevimli qızı Həzrət Siddiqeyi-Kübra Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr olunan matəm günlərinin yetişməsi ilə əlaqədar olaraq, İmam Xomeyni (r.ə) adına hüseyniyədə Ali Rəhbər Ayətullah Xameneinin iştirakı ilə fevralın 6-dan əza mərasimi təşkil olunur.
Xalqın müxtəlif təbəqələrindən olan insanların və hökumət rəsmilərinin iştirakı ilə keçirilən mərasimdə, Höccətül-İslam Xatəmi Həzrət Fatimənin (s.ə) ali şəxsiyyətindən, yüksək keyfiyyətlərindən və üzləşdiyi müsibət və bəlalardan danışıb. Daha sonra mərsiyələr oxunub.