IQNA

Nə qədər ki, ABŞ-ın fitnəsi davam edəcək bu şüar dilimizdən düşməyəcək

21:49 - February 08, 2019
Xəbər sayı: 3484653
İran İslam İnqilabın Ali Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei bu gün İran İslam Respublikasının Hərbi Hava Qüvvələrinin komandirləri və hərbiçiləri ilə görüşüb.
Nə qədər ki, ABŞ-ın fitnəsi davam edəcək bu şüar dilimizdən düşməyəcəkİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) “Leader.ir” saytına istinadla xəbər verir ki, Hərbi Hava Qüvvələrinin bir qrup hərbiçi və komandirlərinin 1357-ci ilin bəhmən ayının 19-da İmam Xomeyni (r.ə) ilə tarixi beyətlərinin ildönümü münasibətilə təşkil olunan bugünkü görüşdə Ayətullah Xamenei bildirib ki, bu il bəhmən ayının 22-si Allahın köməyi ilə tarix yaradan amillərin sayəsində sözün həqiqi mənasında düşməni sındıracaq, millətin ayıqlığı, səliqə və baxışların müxtəlifliyi ilə əvvəlki illərdən də təntələli qeyd olunacaqdır.
 
Ali Rəhbər  Amerika rejimini “Fitnə, qəzəb, böhranlar yaratmaq və müharibələr törətmək”in təcəssümü adlandırıb. Əlavə edib ki, Amerika rejiminin məsul şəxsləri İranı təhqir etdikləri halda deyirlər “Niyə “Amerikaya ölüm olsun” deyirsiniz?” 
Amerikanın məsul şəxslərinin fikrinin aydınlamağı üçün bunu deyim ki, bizim amerikalılarla heç bir problemimiz yoxdur. “Amerikaya ölüm” yəni, Amerikanın hakim şəxslərinə ölüm, bu dövrdə “Tramp, Boltona və Pompeoya ölüm” deməkdir. 
 
O, qeyd edib ki, nə qədər ki, Amerikanın fitnəsi,dəxalətləri və  xəbisliyi davam edəcək, o vaxtadək bu şüar İran xalqının ağzından düşməyəcək.
 
Ayətullah Xamenei söhbətinin digər hissəsində Avropalıların təklifinə işarə edərək vurğulayıb: Məsul şəxslərə tövsiyəm budur ki, Avropalılara da etimad etməsinlər. Əlbəttə  bu o demək deyil ki, onlarla rabitə qurmayın. Demək istədiyim budur ki, onlara xoş gözlə baxmayın.
 
Ali Rəhbər deyib: Amerika barəsində də istər neçə il bundan qabaq, nüvə silahı ilə bağlı müzakirələr zamanı, istərsə də, xüsusi və ümumi iclaslarda məsul şəxslərə dəfələrlə demişəm ki, mən Amerikalılara etimad etmirəm, siz də onların sözlərinə, gülüşünə və imzalarına aldanmayın. Indi nəticə elə yerə çatıb ki, müzakirə edin məsul şəxlərin özləri də etiraf edirlər ki, Amerika etimad olunası deyil. Gərək əvvəlcədən bunu təyin edə, ona uyğun hərəkət edərdilər. 
 
Avropalılar həyasızcasına İrandan insan hüquqlarının təmin edilməsini tələb edirlər, halbuki özləri Parisin küçələrində etirazçıları döyüb əzir və gözlərini kor edirlər. Bu cür amiranə şəkildə İrandan insan hüquqlarını tələb edələrdən soruşmaq lazımdır ki, siz özünüz bilirsinizmi insan hüquqları nədir?
 
Bəli, güclü və qüdrətli bir dövlət olaraq, bəzi istisnalar xaricində, dünya ilə əlaqələrimiz var və olacaq. Amma biz baxmalıyıq ki, kiminlə danışıqlar aparırıq. Fransızların, ingilislərin və digərlərinin müxtəlif məqamlarda gördüyü işləri yaddan çıxarmayaq.
 
 
 
 
 
 
 
 
 
 
 
 
captcha