IQNA

23:21 - February 08, 2019
Xəbər sayı: 3484656
Livanın Hərbi Məhkəməsinin istintaq qrupu İŞİD və Əhraruş-Şam terrorçularının 27 üzvünün mühakiməsi ilə bağlı işi hərbi məhkəməyə təhvil veriblər.  

Livanda İŞİD və Əhraruş-Şamın 27 üzvü mühakimə edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-yəvm əs-sabe" informasiya portalına istinadla verdiyi xəbərə görə, Livanın Hərbi Məhkəməsinin istintaq qrupu İŞİD və Əhraruş-Şam terrorçularının 27 üzvünün mühakiməsi ilə bağlı işi hərbi məhkəməyə təhvil veriblər.  

Livanın Ali Hərbi Məhkəməsi İŞİD və Əhraruş-Şam terrorist təşkilatının bu 27 üzvünü mühakimə edəcək. Onların 25 nəfəri Əhraruş-Şam terrorist təşkilatının üzvüdür. Onlar fəaliyyətinin qadağan olunduğu və Suriya dövlətçiliyinə qarşı vuruşan terror təşkilatında üzv olaraq fəaliyyət göstərikdləri üçün təqsirkar biliniblər.  

Məhkumların digər iki nəfəri İŞİD terror təşkilatının üzvüdürlər. Onlar regionda sabitliyi pozan, düşmənçilik zəmnində terror əməliyyatı təşkil, beynəlxalq təşkilatlara qarşı təxtibçi əməliyyatlar icra edən İŞİD qruplaşmasına üzv cəlb etməkdə suçlanırlar.

http://iqna.ir/fa/news/3788625

Teqlər: iqna ، livan ، terror ، suriya
Ad:
E-poçt:
* Comment: