IQNA

17:35 - February 09, 2019
Xəbər sayı: 3484657
Fevralın 8-də İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirib.
İran səfiri: İki ölkə arasında ayrılıq salmaq istəyənlər varİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fevralın 8-də İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirib. Tədbir İran İslam İnqilabının 40-cı ildönümünə həsr edilmişdir.
Maide.Az xəbər verir ki, C.Cahangirzadə İranda iqtisadi, sosial və siyasi dəyişikliklərdən danışaraq bildirib ki, onun ölkəsinin rəhbərliyi region dövlətləri, o cümlədən Azərbaycanla dostluq münasibətlərinin inkişafında maraqlıdır: "Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Həsən Ruhani son bir ildə 12 dəfə görüşüb ki, bu da əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir. Ölkələrimiz arasında bir sıra dövlətlərarası sazişlər imzalanıb. Əlaqələrin yüksək səviyyədə olmasına baxmayaraq, iki ölkə arasında ayrılıq salmaq istəyənlər var. Lakin xalqlarımız, siyasətçilərmiz arasında əlaqə sevgi üzərində qurulub. Azərbaycan və İran regionda təhlükəsiz ölkələrdir. Turizm sahəsində, tibb sahəsində İraqdan sonra İrana gələnlər arasında ikinci yerdə 32 faizlə Azərbaycanlılar durur."
Ad:
E-poçt:
* Comment: