IQNA

17:40 - February 09, 2019
Xəbər sayı: 3484658
İslam isə istənilən kor-koranə üsulları rədd edərək valideynlərin üzərinə düşən vəzifələri xilqətə uyğun fitri meyarlarla bölüşdürür, isti ailə ocağının təməlini bərabər məhəbbət əsasında formalaşdırır.

Övladlarınız arasında ədalətə riayət edinƏziz İslam Peyğəmbəri Həzrət Məhəmməd (s):

إِعْدِلُوا بَيْنَ أَوْلاَدِكُمْ كَمَا تُحِبُّونَ أَنْ يَعْدِلُوا بَيْنَكُمْ

“Öz aranızda ədalətli olmağı xoşladığınız kimi, övladlarınız arasında da ədaləti qoruyun!”

(Əllamə Məclisi, “Biharül-ənvar”, c.101, səh.92.)

Qısa izah

Hər ailəyə övlad əziz olsa da, bəzən onların çoxluğu və aralarındakı bir sıra təfavütlər valideynlərin də diqqətini özünə cəlb edə bilir. Odur ki, bəzən biri öz ilkin övladına, digəri sonbeşiyinə, o birisi isə oğlu və ya qızına üstün gözlə baxır. Bəzən də valideynlər ifrata vararaq hər şeyini yalnız birinə həsr edib, digər övladlarını irs və sairədən məhrum edirlər. Belə hallar getdikcə uşaqlar arasında kin-küdurəti artırır, onların gələcəkdə bir-birinə düşmən kəsilməsinə şərait yaradır və hətta valideynin üzünə ağ olmasına da səbəb olur. Beləcə, onların ətraf mühitə qarşı baxışları da dəyişir və hər zaman qəzəb və intiqam hisslərinə qapılmaları ilə müşayiət olunur. Belə duyğu və hisslər möhkəmləndikcə, onların tərbiyəsi də günbəgün çətinləşir.

İslam isə istənilən kor-koranə rəftar və üsulları rədd edərək valideynlərin üzərinə düşən borc və vəzifələri xilqətə uyğun fitri meyarlarla bölüşdürür, isti ailə ocağının təməlini bərabər qayğı və məhəbbət əsasında formalaşdırır.

Maide.az – Maarif bölümü

Teqlər: iqna ، ədalət ، övlad ، hədis ، sünnə ، sünnət
Ad:
E-poçt:
* Comment: