IQNA

21:44 - February 10, 2019
Xəbər sayı: 3484665
Hindistan şiələri Fatimiyyə əzadarlığı günlərində anadan olan qız uşaqlarına Həzrət Fatimə (s) adı ilə tərkib edilən adlar qoyurlar. Onlar bunun üçün Quran ayələri və gül adlarından istifadə edirlər.

Hindistanlı qızların Fatiməli adlarıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistan şiələri Fatimiyyə əzadarlığı günlərində anadan olan qız uşaqlarına Fatimə adı ilə tərkib edilən adlar qoyurlar.

Bu barədə İQNA-ya Cameətul-Mustafa Beynəlxalq İslam Elmləri Akademiyasının Hindistandakı filialının məsul işçisi Höccətul-İslam vəl-Müslimin Məhəmmədrza Saleh danışıb.

O deyib ki, bu günlərdə şiə evlərində anadan olan qız uşaqlarının adlarında xanın Fatimənin (s) xatirəsi əbədiləşir. Hindli şiələr uşaqlarına Həzrət Zəhranın adı və ləqəblərini, tək və ya tərkiblə qoyurlar.

O əlavə edib: Valideynlər qız uşaqlarına ad qoymaq üçün gah Əhli-Beytin (ə ) şənində olan surə və ayələrin və gah da gül adlarını tərkib edirlər, gah da Xanımın (s) ləqəblərini. Məsələn, Təthir ayəsinə uyğanlaşdırıb qızın adını "İnnəma Zəhra", Kövsər surəsinə uyğunlaşdırıb "Kövsər Fatimə" və ya "Fatimə Kövsər" və habelə "Firdövs Fatimə", "Ənəm Fatimə", "Sabirin Fatimə", "Ələyna Fatimə", "Nəbə Zəhra", "Tövhidə İbrahim", "Xoşbu Fatimə", "Təbəssüm Fatimə", "Əmir Fatimə", "Seyyidə Fatimə", "Nigar Fatimə", "Fatimə Əncüm", "Rəhnüma Fatimə", "Yasmin Fatimə", "Kəniz Fatimə", "Atifə Fatimə", "İrəm Fatimə", "Kəhkəşan Fatimə", "Təyyibə Fatimə", "Reyhanə Fatimə", "Şəriət Fatimə", "Rəziyyə Fatimə", "Munis Fatimə" kimi adlar qoyurlar.

http://iqna.ir/fa/news/3788748  

Teqlər: iqna ، fatimə ، zəhra ، bətul
Ad:
E-poçt:
* Comment: