IQNA

21:54 - February 10, 2019
Xəbər sayı: 3484666
QƏSD təşkilatı İŞİD terror təşkilatının sonuncu qərargahını mühasirəyə aldıqdan sonra elan edib ki, Əbu Bəkr Bağdadi mühasirəyə alınmış terroristlər arasında yoxdur.

Əbu Bəkr Bağdadi Suriyada deyilİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, QƏSD təşkilatı İŞİD terror təşkilatının sonuncu qərargahını mühasirəyə aldıqdan sonra elan edib ki, Əbu Bəkr Bağdadi mühasirəyə alınmış terroristlər arasında yoxdur.

QƏSD-in (Suriyanın Kürd Demokratik Qüvvələri) media məsulu Mustafa Bali deyib: Bu gün, həftənin bazar günü, 10 Fevral 2019-cu il, Bağuz kəndində 600 nəfər İŞİD terroristi mühasirədədir. Onların çoxu xarici muzdlu döyüşçülərdir.

O əlavə edib: Əbu Bəkr Bağdadinin mühasirəyə alınmış qərargahda və hətta Suriyada olması ehtimalı zəifdir.

Qeyd edək ki, Suriyanın Kürd Demokratik Qüvvələri son günlərdə Fərat çayının şərqində çox irəliləyərək Suriya və İraq sərhədindəki Bağuz kəndində İŞİD terrorçularını mühasirəyə alıblar.  

http://iqna.ir/fa/news/3789117  

Teqlər: iqna ، suriya ، iraq ، fərat
Ad:
E-poçt:
* Comment: