IQNA

İran xalqı beşinci 10 illik ABŞ-a möhkəm şillələr vuracaq

9:42 - February 11, 2019
Xəbər sayı: 3484668
SEPAH: İran İslam İnqilabının beşinci on illiyi ölkənin iqtisadi, ictimai rifah, sosial şadlıq, sabitlik və təhlükəsizliyinin qorunması üçün yeni günəş şəfəqlərinin doğuşu və yeni başlanğıcdır.    

İran xalqı beşinci 10 illik ABŞ-a möhkəm şillələr vuracaqİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, SEPAH-ın (İran İslam İnqilabı Keşikçiləri Qüvvələri) informasiya təşkilatının rəisi Höccətul-İslam vəl-müslimin Hüseyn Tayib İran xalqının İran İslam İnqilabının 40-cı ildönümündə izdihamlı, vəhdət yaradan və düşməni naümid edən "22 Bəhmən" yürüşünü millətin təhlükəsizliyi üçün sədaqətli xidmət istiqamətində yeni bir fəslin başlanğıcı hesab edib.

O deyib: İran İslam İnqilabının beşinci on illiyi ölkənin iqtisadi, ictimai rifah, sosial şadlıq, sabitlik və təhlükəsizliyinin qorunması üçün yeni günəş şəfəqlərinin doğuşu və yeni başlanğıcdır.    

SEPAH-ın (İran İslam İnqilabı Keşikçiləri Qüvvələri) informasiya təşkilatının rəisi Höccətul-İslam vəl-müslimin Hüseyn Tayib vurğulayıb: Allahın qüdrət və qüvvəsi sayəsində İran İslam İnqilabının beşinci 10 illiyində İran milləti Amerikaya və muzdurlarına çox möhkəm şillələr vuracaq. Onlar İran İslam Respublikası ilə düşmənçilik etdikləri üçün ağır qiymət ödəyəcəklər.

O əlavə edib: İran İslam Respublikasının silahlı qüvvələri və təhlükəsizlik qrumları düşmənlərin bütün təhdidləri ilə üzləşmək üçün hərtərəfli və tam hazırdırlar.

Taib vurğulayıb: Baxmayaraq ki, İran İslam Respublikası imperialist düşmənlərin diqqət mərkəzindədir, amma şəhidlərin qanı, xalqın gücü və İmam Xamenei və İmam Xomeyninin dahiyanə rəhbərlikləri sayəsində dünyanın ən sabit və təhlükəsiz ölkəsidir.

http://iqna.ir/fa/news/3789015  

captcha