IQNA

10:00 - February 11, 2019
Xəbər sayı: 3484669
Məhəmmədəli Məhdəvirad İQNA ilə müsahibəsində dedi: Təəssüflər olsun ki, Quranın mövcud tərcümələrinin çoxu bir-birindən köçürmədir. Buna görə də bu tərcümələri araşdırmaq və tənqid etmək zəruridir.

Quranın tərcümələrinin çoxu bir-birindən köçürmədirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, universitet və dini hövzə ustadı Höccətul-İslam vəl-müslimin Məhəmmədəli Məhdəvirad İQNA ilə müsahibəsində dedi: Təəssüflər olsun ki, Quranın mövcud tərcümələrinin çoxu bir-birindən köçürmədir. Buna görə də bu tərcümələri araşdırmaq və tənqid etmək zəruridir.

O əlavə etdi: İran İslam İnqilabından öncə və sonra Qurani-Kərimə tərcümələr yazılıb və indi də bu iş davam edir. Çoxlu tərcümələr çap və nəşr edilmişdir. Bu tərcümələrin əksəriyyətini araşdırmışam. Bu qədər tərcüməyə ehtiyac yoxdur, baxmayaraq ki, Quran həmişə tərcümə edilməlidir və bu işi dayandırmaq olmaz.

Məhdəvirad dedi: Bir zamanlar ustadlar arasında mübahisə idi ki, tərcümə təfsirdir, ya tərcümə və ya tərcüməçinin təfsiri? Məncə mütərcim müfəssiranə anlamalı, amma tərcümə yazmalıdır. Buna görə də mütərcim öncə müfəssir olmalıdır. Sonra ayədən dəqiq dərk etdiyini ən qüdrətli və aydın sözlərlə tərcümə səviyyəsində çatdırmalıdır.

Höccətul-İslam vəl-müslimin Məhəmmədəli Məhdəvirad Quranın həmişə tərcümə edilməsinin zəruriliyini vurğulayaraq dedi: Tərcümə həmişə lazımdır. Amma bir-birindən fərqlənməyən və ya ən yaxşı halda 5-6 faiz fərqlənən tərcümə lazım deyil.

http://iqna.ir/fa/news/3788153

Ad:
E-poçt:
* Comment: