IQNA

İranda İslam İnqilabının 40-cı ildönümü təntənəli qeyd olunur - FOTO

10:05 - February 11, 2019
Xəbər sayı: 3484670
Xalqın izdihamlı iştirakı ilə günortayadək davam edəcək yürüşlərdə insanlar bir daha İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin amallarına sədaqətini təkrar nümayiş etdirir.
İranda İslam İnqilabının 40-cı ildönümü təntənəli qeyd olunur - FOTOİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün səhər (11 Fevral 2019) İranda  İslam İnqilabının 40-cı ildönümü münasibətilə ölkənin şəhər və qəsəbələrində təntənəli bayram yürüşü keçirilir.
Xalqın izdihamlı iştirakı ilə günortayadək davam edəcək yürüşlərdə insanlar bir daha İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin amallarına sədaqətini təkrar nümayiş etdirir.
Paytaxt Tehran şəhərində yerli vaxtla səhər saat 09:00-da yerli və xarici qonaqların iştirakı ilə rəsmi açılış mərasimi keçirilib.   Tehranda yürüş müəyyən edilmiş 10 müxtəlif marşrut üzrə başlanıb.Hazırda paytaxt Tehran şəhərinin müxtəlif xiyabanlarından vətəndaşlar Azadlıq meydanına tərəf axın edir.  Onlar “İstiqlal, Azadlıq, İslam Respublikası!”, “Amerikaya ölüm!”, “İsrailə ölüm” və s. şüarlar səsləndirir. Bundan əlavə, eyni vaxtda İranın 1000 şəhər və qəsəbəsində, eləcə də 10 min kəndində bayram mərasimləri və yürüşləri keçirilir.
Ümumilikdə bu mərasimləri 6000 jurnalist işıqlandırır. Onlardan 2750 yerli jurnalist və həmçinin 25 ölkədən gəlmiş 250 jurnalist yalnız paytaxt Tehrandakı yürüşlə bağlı foto, xəbər və film  hazırlayır. 3000 jurnalist isə digər əyalət və şəhərlərində İran xalqının milyonluq 22 Bəhmən  yürüşü ilə bağlı xəbərləri işıqlandırırlar.
سخن‌نگاشت/ 22 بهمن؛ پدیده‌ای بی‌نظیر

captcha