IQNA

11:47 - February 11, 2019
Xəbər sayı: 3484672
Çinin şimal-qərbində yerləşən Sinhay əyalətinin rəsmiləri elan ediblər ki, ölkənin ən qədim əlyazma Quran nüsxəsi ilk dəfədir ki, ümumi sərgiyə çıxarılır.

Çində qədimi Quran sərgiyə çıxarılıbİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, hər gün altı min nəfər Çində sərgiyə çıxarılmış ölkənin ən qədim əlyazma Quran nüsxəsini ziyarət edir.

Çinin şimal-qərbində yerləşən Sinhay əyalətinin rəsmiləri elan ediblər ki, ölkənin ən qədim əlyazma Quran nüsxəsi ilk dəfədir ki, ümumi sərgiyə çıxarılır.

Çinin "Sinhay" əyalətinin Şinhua turizm və mədəniyyət qalereyasınında sərgiyə çıxarılan və Salar tayfasına aid olan ən qədim Quran nüsxəsini hər gün 6 min nəfər ziyarət edir. Bu sərgi cari ilin Yanvar ayının 23-də başlayıb və bir ay davam edəcəkdir.

"Sinhay" əyalətinin Şinhua turizm və mədəniyyət qalereyasının məsulu deyib ki, sərgiyə ən çox Şining və Qansu əyalətlərindən ziyarətçi gəlir.  

Çinin ən qədim Quran nüsxəsi iki 15 cüzdən və 867 səhifədən ibarətdir. Bu nüsxənin 1100 ildən 1300 ilədək tarixinin olduğu ehtimal edilir.

http://iqna.ir/fa/news/3789179

بازدید روزانه 6 هزار نفر از قدیمی‌ترین نسخه قرآن در چین

Ad:
E-poçt:
* Comment: