IQNA

13:17 - February 11, 2019
Xəbər sayı: 3484673
Azərbaycan respublikasının prezidenti təbrik məktubunda vurğulayıb: "Azərbaycan dövləti və milləti İran İslam İnqilabının 40-cı ildönümündə İran dövləti və xalqı üçün uğurlar və başıucalıq arzu edir".

İran İslam İnqilabı dünya mediasındaİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasında İslam İnqilabının 40-cı ildönümü bayramının başladığı andan dünyanın müxtəlif şəxsiyyətləri bu baryam münasibəti ilə İran xalqına təbrik mesajı ünvanlayıb və medialar bu bayramı müxtəlif dillərdə işıqlandırıblar.

"əl-Məyadin" peyk tv kanalı İran xalqının İnqilab bayramı günü milyonluq yürüşünü birbaşa canlı yayımla paylaşaraq yazıb: "İran xalqının İslam İnqilabının 40-cı ildönümü bayramı yürüşlərində əsası şüarları "Amerikaya ölüm" və "İsrailə ölüm"dür."

İran İslam İnqilabının 40-cı ildönümü yürüşlərini "əl-Məyadin", "Rusiya əl-Yəvm", Suriyanın "SANA", İraqın "əl-Fərat Nyuz", Livanın "əl-Mənar" və sair beynəlxalq medialar yürüşün ilk dəqiqələrindən işıqlandırıblar.

İraq mediasının məlumatına görə, İran İslam İnqilabının 40-cı ildönümü yürüşlərini 6500 aktiv media nümayəndəsi işıqlandırıb. Bundan əlavə 300 xarici aktiv medianın işıqlandırdığı bu yürüşlərdə dünyanın siyasi, dini, elmi, ictimai şəxsiyyətləri, Amerika, Fransa, İngiltərə, Venezuel və İrlandiyadan tələbələr və idmançılar iştirak ediblər.

Müxtəlif ölkələrin tanınmış şəxsiyyətləri və prezidentləri, o cümlədən Azərbaycan prezidenti, Brunei sultanı Hacı Həsən Əlbulkiya, Tacikistan prezidenti İmam Əli Rəhman və İraqın Ali Məclisi İran İslam Respublikasının prezidenti Dr. Həsən Ruhaniyə təbrik məktubu göndəriblər.

Azərbaycan respublikasının prezidenti təbrik məktubunda vurğulayıb: "Azərbaycan dövləti və milləti İran İslam İnqilabının 40-cı ildönümündə İran dövləti və xalqı üçün uğurlar və başıucalıq arzu edir".

Bundan əlavə İraqın Darul-İftasının sözçüsü Şeyx Amir Əlbəyati, Livanın "Cəbəl Amul Alimləri" birliyi, İraq Şiələrinin Ali Şurasının sədri Şeyx Əbdüləmir Qəbəlan, Bağdadın meri Fəlah Əlcəzayiri, Həşd-Şəəbinin Bağdad ofisinin müdiri Əbu Ziya Səğir, İraqın siyasi şəxsiyyətləri və qəbilə başçıları və Əlcəzayirin dövlət rəsmiləri bu bayram münasibəti ilə İran xalqını, prezidenti və İslam İnqilabının rəhbərini təbrik ediblər.      

http://iqna.ir/fa/news/3789204

Ad:
E-poçt:
* Comment: