IQNA

İxvanul-Müsliminin 3 üzvü edam edildi

22:56 - February 13, 2019
Xəbər sayı: 3484685
Misrin təhlükəsizlik qüvvələrinin xəbər qaynaqları İxvanul-Müslimin təşkilatının HASM hərəkatına bağlı üç üzvünün edam hökmünün icra edildiyini elan edib.

İxvanul-Müsliminin 3 üzvü edam edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin təhlükəsizlik qüvvələrinin xəbər qaynaqları İxvanul-Müslimin təşkilatının HASM hərəkatına bağlı üç üzvünün edam hökmünün icra edildiyini elan edib.

Edam edilən İxvanul-Müslimin üzvləri Misr polisinin yüksək rütbəli zabiti Nəbil Fərəcin qətlə yetirilməsində təqsirkar biliniblər.

Misrin yüksək çinli zabiti Nəbil Fərəc 5 il öncə, 2013-cü ildə Kərdasə polis qərargahına hücum zamanı öldürülmüşdü. Həmin hücumda 13 nəfər polis işçisi də qətlə yetirilmiş, polis qərargahı və maşınlar yandırılmışdı.    

http://iqna.ir/fa/news/3789993   

captcha