IQNA

"Buna İslamofobiya - deyirik. Bu da təəccüblü şəkildə normallaşıb"

11:30 - February 14, 2019
Xəbər sayı: 3484690
İsveçdə müsəlmanları hədəf alan irqçi hücumların çox artdığını söyləyən Qardel, "Müsəlmanlara qarşı yeni bir irqçi hücum var. Buna İslamofobiya - deyirik. Bu da təəccüblü şəkildə normallaşıb",- deyib.

İQNA-nın verdiyi xəbərə görə, Uppsala Universiteti nəzdindəki Mədəniyyətlərarası İrqçilik Araşdırma Mərkəzi (CEMFOR) başçısı da olan professor doktor Qardel müsəlmanlara münasibətin apardıqları araşdırmanın nəticələrini ölkənin dövlət televiziyası SVT-də açıqlayıb
İslamazeri.com xəbər verir ki, İsveçdə müsəlmanları hədəf alan irqçi hücumların çox artdığını söyləyən Qardel, "Müsəlmanlara qarşı yeni bir irqçi hücum var. Buna İslamofobiya - deyirik. Bu da təəccüblü şəkildə normallaşıb",- deyib.
Son illərdə müsəlmanların ibadət otaqlarına hücumların artdığına diqqəti çəkən Qardel, "Əlimizdəki araşdırmaya görə, 2018-ci ildə İsveçdəki məscid və məscidlərin 59 %-nə hücum olub",- deyə bildirib.
İslamofobiyanın normallaşmasına ən böyük töhfənin medianın verdiyini vurğulayan Qardel, ölkə mediasında müsəlmanlarla bağlı xəbərlərin böyük hissəsində müsəlmanların pisləndiyini söyləyib.
Müsəlman icmaların yaşadığı bölgələrdə isə heyrətamiz şəkildə İslamofobiyanın azaldığını aşkar etdiklərini qeyd edən Qardel, "Qısa müddətdə olmasa da bir gün müsəlmanlara edilən irqçiliyin ləğv olunacağını düşünürəm. Çünki 100 il əvvəl katolik xristian olmaq da çətindir",- deyə əlavə edib.

Teqlər: avropa ، İsveç ، islamofobiya ، irqçilik
captcha