IQNA

Avstriyada 6 məscidin bağlanması hökmü ləğv edildi

22:32 - February 15, 2019
Xəbər sayı: 3484693
Avstriyanın paytaxtı Vyana şəhərinin yerli məhkəməsi 6 məscidin bağlanması barədə çıxarılmış hökmü konsitutisiya qanunlarına zidd elan edərək ləğv etdi.

Avstriyada 6 məscidin bağlanması hökmü ləğv edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Avstriyanın paytaxtı Vyana şəhərinin yerli məhkəməsi 6 məscidin bağlanması barədə çıxarılmış hökmü konsitutisiya qanunlarına zidd elan edərək ləğv etdi.

Türkiyənin "milliyyət" qəzetinin bu barədə verdiyi məlumatda deyilir ki, məscidlərin bağlanması hökmünün ləğv edilməsi xəbərini Avstriyanın İslam Cəmiyyəti elan edib.

Vyana məhkəməsi elan edib ki, məscidə heç bir xəbərdarlıq edilmədən və mövcud qanuna uyğunsuzluqları islah etmək üçün möhlət vermədən bağlanması əmrini vermək qanuna ziddir.

Qeyd edək ki, son illərdə Avropada artan islamofobiya dalğalarının genişlənməsi hicab qadağası və məscidlərin tətil edilməsi kimi məsələlərdə öz əksini tapır. Avstriya dövləti də keçən ilin əvvəllərində bu ölkədə bir sıra məscidləri radikalizmi yaymaqda ittiham edərək bağlanması göstərişini vermişdi.     

http://iqna.ir/fa/news/3790240

Teqlər: avropa ، avstiriya ، mescid ، məscid
captcha