IQNA

Türkiyədə Quran telefonla öyrədilir

22:45 - February 15, 2019
Xəbər sayı: 3484694
Türkiyənin Quniyə əyalətinin "Darul-İfta" idarəsi Qurani-Kərimin üzünə oxunuşunu qaydalarını ölkə vətəndaşlarına telefon vasitəsi ilə təlim verir.

Türkiyədə Quran telefonla öyrədilirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin Quniyə əyalətinin "Darul-İfta" idarəsi Qurani-Kərimin üzünə oxunuşunu qaydalarını ölkə vətəndaşlarına telefon vasitəsi ilə təlim verir.

Türkiyə vətəndaşları idarənin Quran-Kərim təlimi şöbəsinə zəng vuraraq həm Quran oxumağı etməyi öyrənirlər və həm də qiraətlərini islah edirlər.

Quniyə əyalətini Darul-İfta idarəsinin layihəsinə əsasən Türkiyə vətəndaşları Quran oxumağı öyrənmək və ya bu barədə suallarını soruşmaq üçün ölkənin daxilindən və xaricindən istədikləri zaman idarə ilə əlaqə saxlaya bilərlər.

Bu layihənin məsullarının verdiyi məlumata görə, indiyədək Qurani-Kərimi oxumağı öyrənmək üçün 3 min nəfər idarə ilə əlaqə saxlayıblar.

Telefonla Quran təlimi layihəsi hüzuri şəkildə Qurani-Kərimi oxumağı öyrənə bilməyənlər üçün nəzərdə tutulmuşdur.   

http://iqna.ir/fa/news/3790226

Teqlər: iqna ، quran ، türkiyə
captcha