İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İŞİD terrorist təşkilatının ünsürləri İraqın əl-Ənbar əyalətinin Hüdeysə rayonunda 3 nəfər iraqlı vətəndaşı oğurlayıblar.
İŞİD terrorçuları həmin vətəndaşları əl-Ənvar əyalətinin Hüdeysə rayonu yaxınlığında bir kənddən girov götürüblər.
İraqın təhlükəsizlik qüvvələri vətəndaşların girov götürülməsi xəbərini alan kimi onların azad edilməsi üçün əməliyyata başlayıblar.
Qeyd edək ki, İŞİD terrorçuları İraqda məğlub ediləsələr də onların qalıqları müxtəlif rayonlarda gizləniblər və bəzən belə cinayətlərə əl atırlar.