IQNA

İŞİD üç iraqlı vətəndaşı oğurladı

23:33 - February 15, 2019
Xəbər sayı: 3484695
İŞİD terrorist təşkilatının ünsürləri İraqın əl-Ənbar əyalətinin Hüdeysə rayonu yaxınlığında yerləşən bir kənddən 3 nəfər iraqlı vətəndaşı oğurlayaraq girov götürüblər.

İŞİD üç iraqlı vətəndaşı oğurladıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İŞİD terrorist təşkilatının ünsürləri İraqın əl-Ənbar əyalətinin Hüdeysə rayonunda 3 nəfər iraqlı vətəndaşı oğurlayıblar.

İŞİD terrorçuları həmin vətəndaşları əl-Ənvar əyalətinin Hüdeysə rayonu yaxınlığında bir kənddən girov götürüblər.

İraqın təhlükəsizlik qüvvələri vətəndaşların girov götürülməsi xəbərini alan kimi onların azad edilməsi üçün əməliyyata başlayıblar.

Qeyd edək ki, İŞİD terrorçuları İraqda məğlub ediləsələr də onların qalıqları müxtəlif rayonlarda gizləniblər və bəzən belə cinayətlərə əl atırlar.

http://iqna.ir/fa/news/3790267  

Teqlər: iqna ، İŞİd ، İraq ، ənbar
captcha