IQNA

Üzgüçülük Federasiyasının Prezidenti İslamofob sözlərinə görə qovuldu

8:33 - February 16, 2019
Xəbər sayı: 3484699
İsveçin İdman Nazirliyinin məsulları bu ölkənin Üzgüçülük Federasiyasının Prezidentinini müsəlman idmançılar və hicab əleyhinə danışdığı İslamofob sözlərinə görə tutduğu vəzifədən kənarlaşdırıblar.

Üzgüçülük Federasiyasının Prezidenti İslamofob sözlərinə görə qovulduİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  İsveçin İdman Nazirliyinin məsulları bu ölkənin Üzgüçülük Federasiyasının Prezidentini Ulla Gustavssonu müsəlman idmançılar və hicab əleyhinə danışdığı İslamofob sözlərinə görə tutduğu vəzifədən kənarlaşdırıblar.

İsveçin İdman Nazirliyinin Üzgüçülük Federasiyası elan edib ki, idmançılar arasında dini və irqi zəmində ayrıseçkilik yolverilməzdir və heç kimə belə bir mövqe sərgiləmək icazəsi verilmir.

Qeyd edək ki, Üzgüçülük Federasiyasının Prezidentini Ulla Gustavsson sosila şəbəkədə və federasiyanın rəsmi saytında hicablı müsəlman idmançını təhqir edərək İslami dəyərləri aşağılayan sözlərlə hicabı uşaqlara qarşı təzyiq hesab etmiş və demişdi ki, miqrantlar idmanla məşğul olmaq istəyirlərsə, bunu hicabsız etsinlər.

Üzgüçülük Federasiyasının vitse-prezidenti Estefan Persun onun bu mövqeyni təndiq edərək deyib ki, bu federasiya bütün uşaqlara bərabər xidmət göstərir.     

http://iqna.ir/fa/news/3790249  

captcha