İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Malaziya dövləti internet üzərindən heç bir lisenziyası olmadan "online" Qurani-Kərim satanlara xəbərdarlıq edib.
Malaziyanın daxili işlər nazirliyi bəyaniyyə yayaraq icazəsiz "online" Quran nüsxəsi satanlara qarşı nəzarətin gücləndildiyini və bu barədə qanun pozuntusu aşkarlanarsa, cinayətkarların nağd pulla cərimə olunacaqlarını və ya beş il həbslə cəzalandırılacaqlarını bildirib.
Nazirliyin qanunların icrasına nəzarət bölməsinin məsulu bildirib ki, "online" satılan Quran nüsxələri qonşu ölkələrdən idxal edilir. Onların bu iş üçün icazəsi yoxdur. Habelə həmin nüsxələrin çoxunda Qurani-Kərimin çapı standartlarına əməl olunmur.
Qeyd edək ki, Malaziyada Qurani-Kərimin çapı Səudiyyə Ərəbistanın çap sisteminə uyğun şəkildə və "Rəsmul-Xətti Osmani" (Osman Taha) əsasında çap və nəşr edilir.