IQNA

Mavriyaniya Beynəlxalq Quran Yarışlarının seçim mərhələsi başladı

9:04 - February 19, 2019
Xəbər sayı: 3484714
Mavritaniyanın İslami İşlər Nazirliyinin elan etdiyinə görə, Beynəlxalq Quran Elmləri Yarışlarında iştirak etmək istəyən 300 nəfər mavritaniyalı kişi və qadın seçim mərhələsində qeydiyyatdan keçib.  

Mavriyaniya Beynəlxalq Quran Yarışlarının seçim mərhələsi başladıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin birinci günü, 18 Fevral 2019-cu il, Mavritaniyanın Qurani-Kərimin hifzi, təcvidi və təfsiri üzrə beynəlxalq yarışlarının seçim mərhələsi ölkənin paytaxtı Nuakşot şəhərində başlayıb.

Mavritaniyanın İslami İşlər Nazirliyinin elan etdiyinə görə, Beynəlxalq Quran Elmləri Yarışlarında iştirak etmək istəyən 300 nəfər mavritaniyalı kişi və qadın seçim mərhələsində qeydiyyatdan keçib.  

Mavritaniyanın İslami İşlər Naziri Əhməd Vələd Əhli-Davud bu barədə deyib: Quran yarışları İslam İşlər Nazirliyinin strategiyası çərçivəsində cavanları Quranla daha çox ünsüyyətə və Quranın yolu ilə getməyə təşviq etmək hədəfi ilə keçirilir.

http://iqna.ir/fa/news/3791354

captcha