IQNA

Kral Salman İraqın baş naziri ilə telefon söhbəti edib

15:15 - February 21, 2019
Xəbər sayı: 3484727
İraqın baş naziri Adil Əbdülmehdi də iki ölkə arasında iqtisadiyyat, ticarət, nef sektoru və digər əlaqələrin genişləndirilməsinin regionda sabitliyin qorunması üçün faydalı olacağına ümidvarlıq edib.

Kral Salman İraqın baş naziri ilə telefon söhbəti edibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin 3-cü günü, 20 Fevral 2019-cu il, İraqın baş naziri Adil Əbdülmehdi Səudiyyə Ərəbistanın padşahı Kral Salmanla telefon danışığı edib.

İraqın baş nazirinin ofisinin media şöbəsi elan edib: İraqın baş naziri Adil Əbdülmehdi Səudiyyə Ərəbistanın padşahı Kral Salmanla telefon bağlantısında iki ölkənin arasında müxtəlif sahələrdə, o cümlədən sabitliyin və təhlükəsizliyin gücləndirilməsi sahəsində həmkarlıq və əlaqələrin genişləndirilməsi barədə müzakirə ediblər.

Səudiyyə Ərəbistanın padşahı Kral Salman bu telefon danışığında ölkəsinin İraqı himayə eləcəyinə, İraqın inkişafı, sabitliyi və təhlükəsizliyi üçün çalışacağına söz verib.

İraqın baş naziri Adil Əbdülmehdi də iki ölkə arasında iqtisadiyyat, ticarət, nef sektoru və digər əlaqələrin genişləndirilməsinin regionda sabitliyin qorunması üçün faydalı olacağına ümidvarlıq edib.

http://iqna.ir/fa/news/3792073

Teqlər: İraq ، səudiyyə ، kral salman
captcha