IQNA

Ən məşhur muzeylərin əlyazma Quran nüsxələri – Foto

10:00 - February 24, 2019
Xəbər sayı: 3484740
Quranın ən qədim tərcümələrinin birinci çap nüsxələri o cümlədən 1964-cü ildə Almaniyada çap edilən Quran nüsxəsi, 955-ci hicri ilində İsveçrədə Latın dilinə tərcümə edilmiş ilk nüsxə bu muzeydə qorunur.

Ən məşhur muzeylərin əlyazma Quran nüsxələri – FotoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrli araşdırmaçı İslam dünyasının zəngin dini, milli və mədəni tarixini ehtiva edən muzeylər və bu muzeylərdə saxlanılan Quran nüsxələri barədə yazdığı məqaləni "İslam dünyasının 7 ən yaxşı muzeyini ziyarət etməyi yaddan çıxartmayın" adı ilə çap və nəşr edib.

Araşdırmaçı məqalədə İslam dünyası ölkələrinin və müsəlmanların yaratdığı elmi, dini, mədəni və milli əsərlərdən və müsəlman incəsənətçiləri və hüsnxətt ustadlarının Quranın uzun illər ərzində müxtəlif çoxsaylı nüsxələrinin bizim əlimizə gəlib çatmasında rolundan danışıb və dünyanın ən məşhur muzeylərindəki əlyazma nüsxələri və digər maraqlı əsərləri tanıdıb. http://iqna.ir/fa/news/3791717

Araşdırmaçı " www.arabiaweather.com" saytında nəşr etdiyi məqaləsində Misr, Türkiyə, Qətər, Bəhreyn, Almaniya, Malaziya və Kanadanın yeddi ən yaxşı İslami muzeyini barədə məlumat verib.

1). Duhenin İslami İncəsənət muzeyi:

Qətərin paytaxtındakı bu muzey 2006-cı ildə tikilib və 2008-ci ildə istifadəyə verilib. Muzeyi Amerikada yaşayan Çinli memar İeoh Min Pei (İMP ləqəbi ilə məşhur olub) İslam memarlığı üslubu ilə tikib. Muzeyin 7 mərtəbəsi var. Muzeyin iki mərtəbəsi suyun altındadır. Muzeydə miladın 7-ci ərsindən 19-cu əsrindək tarixi olan ekspanantlar saxlanılır. Sahəsi 45 min metr olan bu muzey Fars Körfəzi ölkələrinin qədim mədəniyyətinin yeni simvoludur.

معرفی 7 موزه اسلامی برتر دنیا/ گزارش

نسخه‌های خطی قرآن؛ غنابخش 7 موزه برتر جهان

معرفی 7 موزه اسلامی برتر دنیا/ گزارش

 

2). İstambulun Türk-İslam əsərləri muzeyi:

Əslində Birinci Sultan Səlimin vəzilərindən olan İbrahim Paşanın sarayı olan bu bina 1542-ci ildə tikilib. 1914-cü ildə İslami Fondlar Muzeyi, daha sonra isə Türkiyənin İslami Əsərlər muzeyi adlanıb. Muzeyin İstambulun Fateh adlanan ərazisindəki Sultan Əhməd meydanında yerləşir. Muzeydə miladın 8-ci əsrindən 19-cu əsrindək saxlanan nadir əlyazma nüsxələrin sayı 15 min civarındadır.

معرفی 7 موزه اسلامی برتر دنیا/ گزارش

نسخه‌های خطی قرآن؛ غنابخش 7 موزه برتر جهان

 

3). Mənamənin "Beytul-Quran" muzeyi:

Bəhreynin paytaxtının Həvra rayonunda yerləşən muzey 1990-cı ildə tikilib. Müxtəlif və məşhur İslami əlyazmaların saxlandığı bu muzeyin 3 əsas salonu var: "Məkkətul-Mükərrəmə", "Mədinuətul-Münəvvərə" və "Qusuş-Şərif". Muzeydəki 10 min civarında əlyazma Quran nüsxələri Quranın kitabət tarixini nazil olduğu vaxtdan bu günə qədər rəvayət edir. Muzeydə Osman ibn Əffanın dövrünə aid olduğu deyilən əlyazma Quran nüsxəsi da saxlanılır.

Qurani-Kərimin ən qədim tərcümələrinin birinci çap nüsxələri o cümlədən 1964-cü ildə Almaniyada çap edilən Quran nüsxəsi, 955-ci hicri ilində İsveçrədə Latın dilinə tərcümə edilmiş ilk nüsxə, 18-ci əsrin Hindistanda yazılan ən böyük Quran nüsxəsi və sair nadir nüsxələr bu muzeydə saxlanılır.

معرفی 7 موزه اسلامی برتر دنیا/ گزارش

نسخه‌های خطی قرآن؛ غنابخش 7 موزه برتر جهان

 

4). Qahirənin "İslami İncəsənət" muzeyi:

Bu muzey Qahirənin Babul-Xəlq meydanında yerləşir. 1903-cü ildə Şimali Afrika, Misr, Şam, Hindistan, Çin, İran, Ərəbistan və İspaniyadan əldə edilmiş İslam tarixinə aid əsərlərin və səndlərin saxlanılması üçün tikilib. Muzeydə 100 000 min tarixi ekspanant saxlanılır.

معرفی 7 موزه اسلامی برتر دنیا/ گزارش

معرفی 7 موزه اسلامی برتر دنیا/ گزارش

 

5). Berlinin İslami İncəsənət muzeyi:

 Pergamon adı ilə tanınan bu muzey 1904-cü ildə tikilib. Muzeylər adası adlanan Berlinin ən məşhur 5 muzeyindən biridir. Muzeydə 8-ci əsrdən 19-cu əsrədək mövcud olan İslami və şərq ölkələri incəsənət əsərləri saxlanılır. Hər il muzeyi 330 min nəfər ziyarət edir.  

نسخه‌های خطی قرآن؛ غنابخش 7 موزه برتر جهان

معرفی 7 موزه اسلامی برتر دنیا/ گزارش

معرفی 7 موزه اسلامی برتر دنیا/ گزارش

 

6). Kualalampurun İslami incəsənət muzeyi:

Malaziyanın paytaxtında yerləşən bu muzey 1998-ci ildə təsis edilib. 30 min metr sahəsi olan muzeydə 7 min tarixi və mədəni əsər qorunur. Muzeydə saxlanılan Quranlar arasında 10-cu hicri əsrində Özbəkistanda yazılmış Quran nüsxəsi məşhurdur.

معرفی 7 موزه اسلامی برتر دنیا/ گزارش

 

7). Torentonun "Aga Khan" (ağa xan) muzeyi:

Kanadanın Torento şəhərində yerləşən bu muzeydə İran şahlarından olan Kərim Ağaxanın və onun əmisi Şahzadə Sədruddin Ağaxanın şəxsi kolleksiyaları qorunur. Muzeydə 1000 ədəd qədim incəsənət əsəri mövcuddur.   

معرفی 7 موزه اسلامی برتر دنیا/ گزارش

معرفی 7 موزه اسلامی برتر دنیا/ گزارش

 

7 متاحف إسلامية.. لا تفوتوها إذا زرتم هذه المدن

7 متاحف إسلامية.. لا تفوتوها إذا زرتم هذه المدن

7 متاحف إسلامية.. لا تفوتوها إذا زرتم هذه المدن

7 متاحف إسلامية.. لا تفوتوها إذا زرتم هذه المدن

7 متاحف إسلامية.. لا تفوتوها إذا زرتم هذه المدن

 

captcha