IQNA

Afrika müsəlmanlarına 1 milyon Quran hədiyyə edildi

8:23 - February 26, 2019
Xəbər sayı: 3484758
Liviyanın Quran Elmləri Komitəsinin rəisi Məhəmməd Süleyman Ğati və Afrikanın "Darul-Müshəf"inin icraçı katibi Osman Bəşir Kabaşi arasında bir milyon Quran nüsxəsinin çapı barədə müqavilə imzalanıb.

Afrika müsəlmanlarına 1 milyon Quran hədiyyə edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Liviyanın Quran Elmləri Komitəsinin rəisi Məhəmməd Süleyman Ğati və Afrikanın "Darul-Müshəf"inin icraçı katibi Osman Bəşir Kabaşi arasında bir milyon Quran nüsxəsinin çapı barədə müqavilə imzalanıb.

Sudanın paytaxtı Xartum şəhərində həyata keçirilən və iki ölkənin Quranın tərüməsi, təfsiri və nəşri əsasında əlaqələrini genişləndirən bu müqavilə əsasında Liviya xalqı Afrika müsəlmanlarına 1 milyon nüsxə Qurani-Kərim hədiyyə ediblər.

Bir milyon Quran nüsxəsinin hədiyyə olaraq çap edilməsi bu əlaqələrin başlaması və genişləndirilməsi üçün ilk addım oldu.

Bu müqavilə əsasında tərəflər Qurani-Kərimin tərcüməsi, təfsiri, çapı, audio tərtil tilavələtin istehsalı, videoqiraətlərin harızlanması və Liviya qarilərinin Qalun və Susi rəvayətləri əsasında tilavətlərinin yazılmasında həmkarlıq edəcəklər.   

http://iqna.ir/fa/news/3793216  

Teqlər: iqna ، afrika ، liviya ، tunis ، quran nəşri ، qalun ، susi
captcha