IQNA

Hicablı idman geyiminin satışı barədə qalmaqal

8:49 - March 02, 2019
Xəbər sayı: 3484777
Avropanın "Decathlon" idman geyimləri istehsalı şirkəti Fransada müsəlman xanım idmançılar üçün hicablı idman geyimi satmaq qərarına gəlib.

Hicablı idman geyiminin satışı barədə qalmaqalİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Avropanın "Decathlon" idman geyimləri istehsalı şirkəti Fransada müsəlman xanım idmançılar üçün hicablı idman geyimi satmaq qərarına gəlib.

Avropanın bu məşhur şirkətinin müsəlman xanımlar üçün İslam şəritəinə uyğun olaraq başı və boyunu örtən hicablı qaçış geyiminin satması barədə fikri ölkədə din tərəfdarları ilə sekularistlər arasında qalmaqal və mübahisəyə səbəb olub.

İdman geyimlərinin satışı sahəsində Avropada məşhur olan "Decathlon" şirkəti keçən həftə bu işi Mərakeşdə başlayıb. Şirkətin bu geyimləri Fransada da satışa çıxarması barədə fikri isə Fransanın mediası və siyasət adamlarının tənqidinə tuş gəlib, hətta bəziləri şirkətə sanksiya qoyulmasını və baykot edilməsini təklif ediblər.

Şirkət isə elan edib ki, hədəfi idman zamanı qeyri-standart geyimlə meydana çıxan müsəlman xanımlar üçün münasib geyim hazırlamaqla idmanı cəmiyyətdə ümumiləşdirməkdir.

Qeyd edək ki, Fransa siyasət adamlarından bəziləri də bu məsələni müdafiə edərək tənqidçilərə İslam və hicab barədə mülayim olmağı tövsiyə ediblər.      

http://iqna.ir/fa/news/3794269

captcha