IQNA

İngiltərənin Hizbullahı "terrorist" adlandırması sərt reaksiya ilə qarşılandı

16:08 - March 02, 2019
Xəbər sayı: 3484780
Böyük Britaniya dövlətinin Livanın HİZBULLAH İslami Müqavimət Hərəkatını terrorist adlandırması regionun müqavimətçi xalqları tərəfindən sərt tənqid edilib.

İngiltərənin Hizbullahı İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Böyük Britaniya dövlətinin Livanın HİZBULLAH İslami Müqavimət Hərəkatını terrorist adlandırması regionun müqavimətçi xalqları tərəfindən sərt tənqid edilib.

Bəhreynin "İslami Əməl Cəmiyyəti" İngiltərənin Hizbullahı terrorist adlandırmasını məhkum edərək bunu dünyanın bütün azadlıqsevərlərinə və müsəlmanlara qarşı təhqir adlandırdı.

"İslami Əməl Cəmiyyəti" İngilislərin diktator Ali-Xəlifə rejiminə məzlum Bəhreyn xalqı əzmək və onların vətəndaşlıq hüquqlarını ayaqlamaq üçün dəstək göstərdiyini önə çəkərək elan etdi: İngiltərə bu addımı ilə bir daha göstərdi ki, bu dövlət ABŞ və sionistlərin qarşısında xar, alçaq və zəlildir.  

Bəhreynin "İslami Əməl Cəmiyyəti" vurğulayıb ki, həmişə Hizbullahı və bu təşkilatın rəhbərləri dəstəkləyəcəkdir. HİZBULLAH sionistlərin işğalçılıq və imperialist siyasətlərinin qarşısında dayanan qanuni və milli müqavimət gücüdür.

"İslami Əməl Cəmiyyəti" bəyannamədə vurğulayır: Bu cür addımlar İngiltərənin maraqlarına gözlənilməz ciddi zərbələr vuracaqdır. İngilislər istemarçılıq dövrünə qayıtmaq kimi xam xəyala düşməsinlər, çünki heç vaxt o dönəmə qayıda bilməyəcək.

http://iqna.ir/fa/news/3794393

Qeyd edək ki, İngiltərə dövləti cari həftənin Cümə günü (1 Mart 2019) HİZBULLAH hərəkatının hər növ fəaliyyətini və bu hərəkatı dəstəkləməyi cinayət hesab edən qanunu imzalayıb. Bu qanuna görə HİZBULLAH, Ənsarul-İslam və Cəmaətu Nüsrətul-İslam vəl-müslimin cərəyanları terrorist elan ediliblər.

İngiltərənin xarici işlər naziri deyib: HİZBULLAH hərəkatının siyasi və hərbi addımları İngiltərənin təhlükəsizliyini təhdid edir və buna əsasən də bu cərəyanlara üzv olmaq və ya onları təbliğ etmək cinayətdir və cəzası da 10 il həbsdə yatmaqdır.

Xatırladırıq ki, Livanın Hizbullah İslami Müqavimət Hərəkatı ölkəsinin siyasi hərəkatlarından biridir. Habelə Səəd Həririnin indiki dövlətində üç nazir postuna yiyələnmişdir.     

http://iqna.ir/fa/news/3794393

Teqlər: iqna ، hizbullah ، ingiltərə
captcha