IQNA

Port-Səiddə Quran yarışlarının açılış mərasimi keçirildi

23:28 - March 02, 2019
Xəbər sayı: 3484781
Quran yarışlarının açılış mərasiminə Misrin dini, mədəni, elmi və siyasi şəxsiyyətləri də qatılıblar. Açılış mərasimi Msirin peyk tv kanalları vasitəsi ilə birbaşa yayımlanıb.

Port-Səiddə Quran yarışlarının açılış mərasimi keçirildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin Port-Səid əyalətində 2-ci beynəlxalq Quran-Kərim və "ibtihal" yarışlarının açılış mərasimi dünən, həftənin Cümə günü, 1 Mart 2019-cu il, əyalətin qubernatoru Adil Ğəzban və Misrin İslami Vəqflər idarəsinin rəisi Məhəmməd Muxtar Cümənin iştirakı ilə keçirilib.

Quran yarışlarının açılış mərasiminə Misrin dini, mədəni, elmi və siyasi şəxsiyyətləri də qatılıblar. Açılış mərasimi Msirin peyk tv kanalları vasitəsi ilə birbaşa yayımlanıb.

Bu yarışlara 29 Afrika və Ərəb ölkəsi qatılacaqdır. Yarışlarda 29 ölkədən 55 nəfər Qurani-Kərimin hifzi (təcvid qaydalrına riayət etməklə), tilavəti və "dini ibtihal" (nəğməli münacat, təvaşih) ixtisası üzrə iştirak edəcəklər.  

Yarışlar Port-Səid əyalətinin qubernatoru Adil Əzbanın dəstəyi və Misrin baş naziri Mustafa Mədbulinin nəzarəti ilə keçirilir. Hakimlər heyəti Misr, BƏƏ, Sudan və Mərakeşin peşəkar Quran ustadlarıdır. Hakimlər heyətinə Misrin əl-Əzhər İslam Elmləri Akademiyasının Quranın çapına nəzarət komitəsinin rəisi Əbdülkərim Saleh rəhbərlik edir.   

"Şeyx Əbdülbasit Əbdüssəməd" adına keçirilən bu yarışlar gələn həftənin ikinci gününədək (5 Mart 2019) davam edəcəkdir.

http://iqna.ir/fa/news/3794381

Teqlər: iqna ، port-səid ، misr
captcha