IQNA

Rükban düşərgəsində kütləvi məzarlıq aşkarlanıb

9:30 - March 06, 2019
Xəbər sayı: 3484801
Rusiya müdafiə nazirliyinin məlumatına görə, İordaniyanın sərhədində yerləşən Tənəf rayonunda tapılmış bu kütləvi məzarlıqda 300 cəsədin qalıqları aşkar edilib.

Rükban düşərgəsində kütləvi məzarlıq aşkarlanıbİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Suriyanın Rükban qaçqın və didərginlər düşərgəsinin yaxınlığındakı ərazidə kütləvi məzarlıq aşkarlanıb.

Bu barədə dünən, həftənin ikinci günü, 5 Mart 2019-cu il, Rusiya federasiyasının Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Suriya və İordaniyanın sərhədləri ərazisində yerləşən Rükban qaçqın düşərgəsi yaxınılığındakı ərazidə kütləvi məzarlıq aşkar edilib.

Rusiya müdafiə nazirliyinin məlumatına görə, İordaniyanın sərhədində yerləşən Tənəf rayonunda tapılmış bu kütləvi məzarlıqda 300 cəsədin qalıqları aşkar edilib.

http://iqna.ir/fa/news/3795600

Teqlər: rusiya ، suriya
captcha