IQNA

IUMS Əqsa məscidini dəstəkləyən bəyaniyyə yaydı

23:10 - March 08, 2019
Xəbər sayı: 3484809
Bəyaniyyədə deyilir: Müsəlmanlar müxtəlif vasitələrlə, o cümlədən Cümə namazlarının xütbələrində Əqsa məscidi, Beyül-Müqəddəs və Fələstin Müqavimət Hərəkatı ilə həmrəyliklərini elan etsinlər.  

IUMS Əqsa məscidini dəstəkləyən bəyaniyyə yaydıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, son günlərdə Əqsa məscidində fələstinli müsəlmanlarla sionist yəhudilər arasında baş verən toqquşmaların ardınca İslam dünyasının Beynəlxalq Müsəlman Alimlər Birliyinin (IUMS) üzvləri bəyaniyyə yayaraq dünya müsəlmanlarını Əqsa məscidni himayə və müdafiə etməyə çağırıblar.

İslam dünyasının Beynəlxalq Müsəlman Alimlər Birliyinin (IUMS) üzvləri sionist yəhudilərin müsəlmanların əleyhinə cinayətlərin çoxaldığını önə çəkərək dünya müsəlmanlarından istəyiblər ki, Əqsa məscidini və Fələstin xalqını himayə və müdafiə etmək hədəfi ilə aksiyalar keçirsinlər.

Cari həftənin üçüncü günü (6 Mart 2019) Beynəlxalq Müsəlman Alimlər Birliyinin Qətərin Duhe şəhərindəki qərargahından yayılan bəyaniyyədə vurğulanır: İslam ümmətinin kimliyi, yəni Beytül-Müqəddəs və Əqsa məscidi bu gün düşmən tərəfindən ciddi təhdid edilir. Sionist rejimi İslami kimliyimizi və Beytül-Müqəddəsi hədəfə almışdır, müsəlmanların vəzifəsi İslami müqəddəslərini qorumaqdır.

Bəyaniyyədə deyilir: Müsəlmanlar müxtəlif vasitələrlə, o cümlədən Cümə namazlarının xütbələrində Əqsa məscidi, Beyül-Müqəddəs və Fələstin Müqavimət Hərəkatı ilə həmrəyliklərini elan etsinlər.  

Qeyd edək ki, bir neçə həftə öncə sionist rejimi Beytul-Müqəddəsin şərqində yerləşən Babur-Rəhmət qapısını bağladı. İsrail rəsmiləri Fələstinlilərin Əqsa məscidinə namaz üçün girişinə maneə törədirlər. Buna görə də Fələstinlilərlə işğalçı sionistlər arasında toqquşmalar artıb.   

http://iqna.ir/fa/news/3795853

captcha