IQNA

Əqsa məscidində 40 min nəfərlik cümə namazı qılınıb

13:23 - March 09, 2019
Xəbər sayı: 3484813
Dünən əl-Əqsa məscidində izdihamlı cümə namazı qılınıb. Yerli mənbələrin bildirdiyinə görə, işğalçı İsrail rejiminin güclü təhlükəsizlik maneələrinə baxmayaraq, 40 min insan namazda iştirak edib.

Əqsa məscidində 40 min nəfərlik cümə namazı qılınıbİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən əl-Əqsa məscidində izdihamlı cümə namazı qılınıb. Yerli mənbələrin bildirdiyinə görə, işğalçı İsrail rejiminin güclü təhlükəsizlik maneələrinə baxmayaraq, 40 min insan namazda iştirak edib.

İşğalçı rejim qüvvələri yüzlərlə dindarın cümə namazına qoşulmaq üçün məscidə daxil olmasına icazə verməyib.

İsrailin 16 illik blokadasından sonra ötən ay açılmış Bab əl-Rəhmət namazxanasında da onlarla insan cümə namazına qoşulub.

İsrailin Vəqflər İdarəsinin əməkdaşlarına və Əqsa məscidinin nəzarətçilərinə tətbiq etdiyi məscidə giriş qadağasına etiraz olaraq ibadət edənlərin bir qismi əl-Əsbat darvazası önündə toplaşaraq namaz qılıblar.

Məscidin xətibi müsəlmanlara müraciət edərək onları Əqsa məscidinə tez-tez baş çəkməyə və bununla İsrailin zorakılıqlarına mane olmağa çağırıb.

Qeyd edək ki, dünən səhər saatlarında işğalçı ordu qüvvələri Qüdsün müxtəlif məhəllələrində reydlər keçirirərək ictimai fəalları həbs ediblər. Həbs kampaniyası insanların kütləvi şəkildə cümə namazına qoşulmaları barədə səsləndirilmiş çağırışdan sonra keçirilib.

http://iqna.ir/fa/news/3796178

captcha