IQNA

Misrdə 70 Quran hifzi mərkəzi təsis edildi

22:04 - March 09, 2019
Xəbər sayı: 3484815
Misrin Vəqflər Naziriliyi (İslami Fondlar) ölkənin müxtəlif əyalət və şəhərlərində yetmiş Qurani-Kərim hifzi təlimi mərkəzinin təsis edildiyi barədə xəbər verib.

Misrdə 70 Quran hifzi mərkəzi təsis edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin Vəqflər Naziriliyi (İslami Fondlar) ölkənin müxtəlif əyalət və şəhərlərində yetmiş Qurani-Kərim hifzi təlimi mərkəzinin təsis edildiyi barədə xəbər verib.

Misrin Vəqflər Naziriliyi (İslami Fondlar) bəyaniyyə yayaraq elan edib: Bu nazirlik cari ildə ölkənin müxtəlif şəhərlərində yetmiş Quran hifzi mərkəzini istifadəyə verib. Bu mərkəzlər işə başlayandan indiyədək 4441 nəfəri Quran hifzi təlim kurslarına götürüb.

Bəyaniyyədə deyilir: Bu Quran hifzi mərkəzlərinə xanımların daha çox müraciət etməsi də İslami Vəfqlər Nazirliyi üçün uğur sayılır. Bu da səbəb olur ki, nazirliyin əməkdaşları gələcək illər üçün Quran hifzi mərkəzlərinin genişləndirilməsi məsələsinə ciddi yanaşsınlar.

Misrin Vəqflər Naziriliyi (İslami Fondlar) bəyaniyyədə vurğulayır: Yeni Quran hifzi mərkəzlərinin bəziləri Qahirə, Şimali Sina, İskəndəriyyə, Dehqəliyyə, Suiz və Qəna əyalətlərində istifadyə verilib.

http://iqna.ir/fa/news/3796530

Teqlər: misr ، iskəndəriyy ، quran hifzi ، qahirə ، sina ، səna
captcha