IQNA

8:56 - March 10, 2019
Xəbər sayı: 3484820
Şəhidin "Xədəmate mütəqabil İslam və İran" (İslam və İranın qarşılıqlı xidmətləri) kitabı İran İslam Respublikasının Qığızıstanın paytaxtı Bişkekdəki Mədəniyyət Əlaqələri İdarəsi tərəfindən tərcümə edilib.

Şəhid Mütəhhərinin kitabı Bişkekdə çap və nəşr ediləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Şəhid Mütəhərrinin "Xədəmate mütəqabil İslam və İran" kitabı Qırğız dilinə tərcümə edilib. Əsər yaxın günlərdə çap və nəşr ediləcək.

Şəhid Mütəhərrinin "Xədəmate mütəqabil İslam və İran" (İslam və İranın qarşılıqlı xidmətləri) kitabı İran İslam Respublikasının Qığızıstanın paytaxtı Bişkekdəki Mədəniyyət Əlaqələri İdarəsi tərəfindən tərcümə edilib.

Müasir İslam mütəfəkkiri, filosof, fəqih, müfəssir və ruhani alim Ustad Şəhid Mürtəza Mütəhhəri 1919-cu ilin Fevral ayının 3-də Məşhəd şəhərinin Fəriman rayonunda anadan olub. Elmi Dini Hövzəni başa vurduqdan sonra Tehranın İlahiyyat universitetində tədris edib, müxtəlif kitablar yazıb. Onun Tehranın İrdaş Hüseyniyyəsindəki çıxışları məşhurdur və həmin çıxışlar əsasında kitablar çap və nəşr edilib.

Şəhid Mütəhhəri İslami məzhəblər arasında vəhdət yaratmaq istəyən böyük islahatçılardan biri hesab edilir.

O, Fransalı alim və mütəfəkkir Hanri Korbon ilə Əllamə Təbatəbai arasında görüş təşkil etməklə İslamın Qərbdə tanınmasına böyük kömək etdi.

Şəhid Mütəhhəri İslam İnqilabından az sonra, 1979-cu ilin yazında İslam düşmənləri tərəfindən Tehranda terrorla şəhid edildi.  

http://iqna.ir/fa/news/3796226  

ترجمه قرقیزی «خدمات متقابل اسلام و ایران» منتشر می‌شود

Ad:
E-poçt:
* Comment: