IQNA

23:21 - March 10, 2019
Xəbər sayı: 3484822
İordaniyanın qadınlar arasında Quranın hifzi və tilavəti ixtisası üzrə keçirilən 14-cü Beynəlxalq Qurani-Kərim Yarışlarının final mərhələsi həftənin Şənbə gün, (9 Mart 2019) paytaxt Omanda öz işinə başlayıb.

İordaniyada xanımlar arasında Quran yarışları keçirilirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İordaniyanın qadınlar arasında Quranın hifzi və tilavəti ixtisası üzrə keçirilən 14-cü Beynəlxalq Qurani-Kərim Yarışlarının final mərhələsi dünən, həftənin Şənbə gün, (9 Mart 2019) paytaxt Omanda öz işinə başlayıb.  

Bu yarışlarda İslam dünyası və Avropa ölkələrindən 35 xanım Qurani-Kərimin hifzi və tilavəti üzrə Oman şəhərinin "Məlik Müəssis" məscidinin toplantı zalında keçirilir.

İordaniyanın Dini Müqəddəslər, İslami İşlər və İslami Fondlar Nazirliyinin bu barədə verdiyi məlumata görə, yarışlar Mart ayının 14-dək davam edəcəkdir.

Hatəm Səhimat - İordaniyanın Dini Müqəddəslər, İslami İşlər və İslami Fondlar Nazirliyinin nəzdində fəaliyyət göstərən Dini Maarifləndirmə İdarəsinin müdiri, bu yarışların təkcə Quranın kamil hifzi və tilavəti üzrə keçirildiyini və habelə 1, 2, 3, 4 və 5-ci yerin qaliblərinin mükafatlandırılacağını deyib.

Səhimat vurğulayıb: Qüdsün Vəqflər Nazirliyinin nümayəndəsinin yarışlarda iştirak etməsi İordaniyanın Fələstində yaşayan müsəlman və xristianlarının birgə müqəddəs dəyərlərini dəstəklədiyini göstərir.

Əbdünnasir Əbulbəsəl - İordaniyanın Dini Müqəddəslər, İslami İşlər və İslami Fondlar Nazir deyib: Bu ilki yarışlarda ilk dəfə olaraq Qüds şəhərindən də xanım iştirakçımız vardır. Qüdsdən iştirakçımızın olması İordaniyanın müsəlmanların ilk qibləsi Əqsa məscidi ilə möhkəm əlaqələrinin göstəricisidir.

رقابت 35 شرکت کننده در مسابقات بین‌المللی قرآن بانوان اردن

Qeyd edək ki, bu yarışlara İran İslam Respublikasını ölkə üzrə yarışların ikincisi Quran hafizi və həm də tibb bacısı Fatimə Şirazi təmsil edir. Keçən il isə İordaniyadakı bu yarışların üçüncüsü görmə qüsuru olan iranlı xanım Məryəm Şəfi olmuşdu.

http://iqna.ir/fa/news/3796562

Ad:
E-poçt:
* Comment: