IQNA

9:11 - March 11, 2019
Xəbər sayı: 3484825
Dini İşlər və İslami Fondlar Nazirliyi beynəlxalq Quran yarışlarında 50 ölkədən 60 nəfərin iştirak etdiyini bildirib və vurğulayıb ki, bu əlli ölkənin 30-u Afrika ölkələrinin payına düşür.

Beynəlxalq Quran yarışlarında 30 Afrika ölkəsi iştirak edirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin Dini İşlər və İslami Fondlar Nazirliyi ölkənin 26-cı Beynəlxalq Qurani-Kərim yarışlarında dünyanın 50 ölkəsindən 60 nəfərin iştirak etdiyini deyərək vurğulayıb: Bu əlli ölkənin otuzu Afrika ölkələrinin payına düşür.

Bu barədə keçən həftənin Şənbə günü (9 Mart 2019) Misrin Cizə əyalətinin "6 Oktyabr" şəhərinin İslami Fondlar Akademiyasının qərargahında mətbuat konfransında iştirak edən Məhəmməd Muxtar Cümə - Misrin Dini İşlər və İslami Fondlar Naziri, məlumat verib.

Meida əhlinin, məscid mollaları, vaiz və xətiblərin iştirakı ilə keçirilən mətbuat konfransında Məhəmməd Muxtar Cümə elan edib: Bu yarışların qalibləri üçün ümumilikdə 1 milyon misr pondu mükafat nəzərdə tutulmuşdur. Yarışları Fələstin, Sudan, Livan və Ərəbistandan olan beş nəfərlik hakimlər heyəti idarə edəcək.

O əlavə edib: Qurani-Kərimin əzəmətli qarilərinin və Quran elmləri alimlərinin zəhmətini dəyərləndirmək məqsədi ilə bu il beynəlxalq Quran yarışları Şeyx Məhmud Hüsərinin adına keçirilir. 

Qeyd edək ki, Misrin 26-cı beynəlxalq Quran yarışları Mart ayının 23-dən 29-dək Qurani-Kərimin kamil hifzi, təfsir və qiraəti üzrə keçiriləcək. Yarışlarda 12 yaşdan aşağı yenyetmələr də iştirak edəcəklər.

http://iqna.ir/fa/news/3796584

Ad:
E-poçt:
* Comment: