IQNA

9:29 - March 11, 2019
Xəbər sayı: 3484826
Quran hafizləri və qarilərinin məzunluq mərasimi keçən həftənin Şənbə günü Əfqanıstanın Nimruz əyalətinin Zərənc şəhərinin Darul-Ulum Elmi Dini Mədrəsəsində keçirilib.

Zərənc mədrəsəsi 95 qari və hafizi məzun etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Nimruz əyalətinin Zərənc şəhər dini mədrəsəsində Quran hifzi və qiarəti ixtisası üzrə 95 tələbə məzun oldu.

Bu barədə Əfqanıstanın Nimruz əyalətinin İslami İrşad, İslami Fondlar və Həcc Ziyarəti İdarəsinin rəisi məlumat verib.

Quran hafizləri və qarilərinin məzunluq mərasimi keçən həftənin Şənbə günü Əfqanıstanın Nimruz əyalətinin Zərənc şəhərinin Darul-Ulum Elmi Dini Mədrəsəsində keçirilib.

Məzun tələbələrə dini geyim forması (əmmamə) verilib. Tələbələrin əmmamə qoyma mərasimində qonşu şəhərlərin də ruhani və alimləri iştirak ediblər.

Yeni məzun olmuş Quran hafizi və qariləri müxtəlif məscid və mədrəsələrdə tədris ilə məşğul olacaqlar. Bu da öz növbəsində Quran öyrənmək istəyənlərin digər ölkələrə getməsinin və problemlərlə üzləşməsinin qarşısını alacaq.

Əfqanıstanın Nimruz əyaləti ölkənin qərbində Pakistan və İranla sərhəddə yerləşir. Əyalətin mərkəzi Zərənc şəhəridir. Əyalətin əsas əhalisini Bəluç tayfaları təşkil edir. Zərənc şəhərində xanımlar üçün iki və kişilər üçün 7 mədrəsə vardır.  

http://iqna.ir/fa/news/3796579   

Ad:
E-poçt:
* Comment: