IQNA

İran İslam Respublikasının paytaxı Tehran universitetlərində təhsil alan xarici tələbələr İraq-İran müharibəsi illərində Xuzistan əyalətinin döyüş əməliyyatları keçirilmiş rayonlarında təşkil edilmiş "Müqəddəs Müdafiə Səhra Sərgisi"ni ziyarət ediblər.

Livan, Türkiyə, Argentina, Seneqal, Nigeriya, Fil Dişi Sahili, İtaliya, Əfqanıstan və Pakistandan olan 150 tələbə Xuzistanın Hüveyzə, Təlaiyyə, Şələmçə, Hurul-Əzim və Xürrəmşəhr rayonlarındakı döyüş əməliyyatına aid səhra sərgilərinə baxış keçiriblər.