IQNA

12:51 - March 12, 2019
Xəbər sayı: 3484833
Kilsədə keçirilən "İslamla tanışlıq" proqramının bu gün keçirilən ilk iclasında keşiş Skayp Ferguson və Nyu-Yorkun Qərbi Müsəlmanlar Şurasının ümumi əlaqələr idarəsindən Dr. Sasan Təba çıxış edəcəklər.

 Nyu-York kilsəsi İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikanın Nyu-York əyalətinin Bufalo şəhərinin Presbayterian kilsəsi "İslamla tanışlıq" proqramına evsahibliyi edir.

Bu gün (12 Mart 2019) Amerikanın Nyu-York əyalətinin Bufalo şəhərinin Presbayterian kilsəsində "İslamla tanışlıq" proqramı keçirilir.

Kilsədə keçirilən "İslamla tanışlıq" proqramının ilk iclasında keşiş Skayp Ferguson və Nyu-Yorkun Qərbi Müsəlmanlar Şurasının ümumi əlaqələr idarəsindən Dr. Sasan Təba "Allah məfhumu İslamda və xristianlıqda" mövzusunda çıxış edəcəklər.

Kilsədə "İslamla tanışlıq" proqramının digər iclasları Mart ayının 19, 26 və Aprel ayının 2-də keçiriləcəkdir.

Bu iclaslarda Kansyus kollecindən Canatan Larens, Niyagara İslam Cəmiyyətindən İmam Xəlillullah Qadiri, Müttəhid Məsih Kilsəsindən Daniyel Şifiling və Niyagarının İslam Cəmiyyətindən Hisam Ğanem "İbrahimi dinlərdə müqəddəs kitab məfhumu", "müsəlmanlar və xristianlar üçün nümunələr" və "müsəlman və xristian kimi necə yaşayaq" mövzularında çıxış edəcəklər.  

http://iqna.ir/fa/news/3796969

Ad:
E-poçt:
* Comment: