IQNA

Britaniya müsəlman cəmiyyətinin araşdırılması problemləri

16:41 - March 12, 2019
Xəbər sayı: 3484835
Britaniyanın Velis əyalətinin Kardif şəhər universitetində Britaniya müsəlman cəmiyyətlərinin gələcəkdə araşdırılması və qarşıdakı problemlər barədə bir günlük toplantı keçiriləcək.

Britaniya müsəlman cəmiyyətinin araşdırılması problemləriİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Britaniyanın Velis əyalətinin Kardif şəhər universitetində Britaniya müsəlman cəmiyyətlərinin gələcəkdə araşdırılması və qarşıdakı problemlər barədə bir günlük toplantı keçiriləcək.

Bu toplantı Britaniya İslami Araşdırmalar Məkrəzi və Kardiff universitetinin həmkarlığı ilə Aprel ayının 14-də keçiriləcək.

Britaniya Müsəlman Araşdırmaları Mərkəzi (Muslims in Britain Research Network) 25 il öncə təsis edilmişdir. Bu mərkəz təsis edildikdən sonra İngiltərədə İslami araşdırmalar sürətlə inkişaf edib. Buna baxmayaraq bu ölkədə İslami araşdırmaların gələk taleyi müəmmalı və həm də bir sıra problemlərlə üz-üzədir.

Aprel ayında keçiriləcək toplantıda müsəlman və qeyri-müsəlman araşdırmaçılar Britaniya müsəlmanlarının vəziyyətini araşdıracaqlar.

Toplantıda "Britaniya müsəlmanları barədə nə edilməlidir?", "araşdırmalar hansı istiqamətdə aparılmalıdır?", "müsəlmanlar cəmiyyətin siyasi məsələlərində nəzərə alınmalıdırmı?" və "müsəlmanların hüquqlarının inkişaf etdirilməsi" kimi mövzular müzakirə ediləcək.

Qeyd edək ki, toplantıda Oksford, Kardiff, Bristul, Birmengam və London universitetlərinin araşdırmaçıları iştirak edəcəklər.

http://iqna.ir/fa/news/3796926  

captcha