IQNA

Quran Brayl əlifbası ilə İngilis dilinə tərcümə edildi

9:12 - March 13, 2019
Xəbər sayı: 3484836
ABŞ-ın Teksaz əyalətindən yaşayan və 13 il öncə İslam dinini qəbul etmiş Yadira Sabata və həyat yoldaşı Nader Brayl əlifbası ilə yazdıqları Quran nüsxəsini ölkənin müxtəlif məscidlərinə də göndəriblər.

Quran Brayl əlifbası ilə İngilis dilinə tərcümə edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikada yaşayan görmək qüsuru olan cütlük Qurani-Kərimin İngiliscə tərcüməsini Brayl əlifbası ilə yazıblar.

ABŞ-ın Teksaz əyalətindən yaşayan və 13 il öncə İslam dinini qəbul etmiş Yadira Sabata və həyat yoldaşı Nader Brayl əlifbası ilə yazdıqları Quran nüsxəsini ölkənin müxtəlif məscidlərinə də göndəriblər.

İslam barədə yaxından tanış olmaq istəyən cütlük 2017-ci ildə Qurani-Kərimin İngiliscə tərcüməsini Brayl əlifbası ilə yazmağa başlayırlar. Onlar bu işi 8 aya başa çatdırırlar. Daha sonra internet vasitəsi ilə bu nüsxəni çap etdirəcək xeyriyyəçi tapırlar və yazdıqları nüsxəni çap və nəşr etdirirlər.

Görmə qüsurları olan bu cütlük keçən üç il ərzində bəzi İslami təşkilatların köməyi Qurani-Kərimin 150 Bril nüsxəsini hazırlayaraq Amerikanın müxtəlif məscidlərinə paylayıblar.

Bundan əlavə cütlük görmə qüsuru olanlar üçün İslam maarifi barədə məlumat verən elektron proqram da hazırlayıblar.

Yadira Sabata deyir: Araşdırmalarımıza görə Amerikada 50 min nəfər görmə qüsuru olan müsəlman yaşayır. Məqsədimiz budur ki, onlarla əlaqə yaradaq və onlara mənəvi dəstək olaq.

Qeyd edək ki, bu cütlük işlərinin davamında hər həftə 2-3 ədəd Brayl xətti ilə yazılmış Quran nüsxəsi və habelə digər İslami kitabları hazırlamaq və məscidlərə paylamağı proqramraşdırırlar.

http://iqna.ir/fa/news/3797277

نگارش ترجمه انگلیسی قرآن به خط بریل در آمریکا

Teqlər: iqna ، brayl ، quran ، görmə qüsuru
captcha