IQNA

7:07 - March 14, 2019
Xəbər sayı: 3484841
İran İslam Respublikasının prezidenti Ruhani İraqa rəsmi səfəri zamanı Nəcəf şəhərində yaşayan tanınmış müctəhidi və təqlid mərcəsi Həzrət  Ayətullah Üzma Seyid Əli Sistani cənabları ilə görüşüb.   

Həsən Ruhani Ayətullah Sistani ilə görüşdü -FOTOİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının prezidenti Höccətul-İslam Dr. Həsən Ruhani İraqa rəsmi səfəri zamanı dünya şiələrinin Nəcəf şəhərində yaşayan tanınmış müctəhidi və təqlid mərcəsi Həzrət  Ayətullah Üzma Seyid Əli Sistani cənabları ilə görüşüb.   

Görüş Həzrət Ayətullah Üzma Seyyid Əli Sistaninin ofisində baş tutub. Görüşdə İran İslam Respublikasının Bağdaddakı səfiri İrəc Məscidi də iştirak edib.   

Görüşdən sonra Ruhani Kərbəla şəhərinə səfər edib və burada İmam Hüseyn (ə) və Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs ziyarətgahlarında da olub.
Ruhani martın 11-i üç günlük rəsmi səfər çərçivəsində Bağdada gəlmişdi. Ruhani Bağdadda qaldığı iki gün ərzində bir sıra siyasi və dini şəxsiyyətlərlə görüşüb. http://iqna.ir/fa/news/3797646
آغاز دیدار رئیس‌جمهور ایران با آیت‌الله سیستانی

Ad:
E-poçt:
* Comment: