IQNA

7:30 - March 14, 2019
Xəbər sayı: 3484842
Sərgiyə çıxarılan digər nüsxə isə Əbu Bəkr Ləxminin (vf. 645 hq) "əl-Vəsayilul-mütəqəbbilə fi mədhin-Nəbi" kitabıdır. Bu nüsxə 973-cü ilin Rəbiul-Əvvəl ayının 3-də kitabət edilmişdir.

BƏƏ-də İslam-Ərəb əlyazma nüsxələri sərgisi keçirilirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin üçüncü günü, 13 Mart 2019-cu il, BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Ücman universitetində İslam-Ərəb əlyazma nüsxələri sərgisi başlayıb.

Bu sərgi "Şeyx Zayid Səgri və Toplantı Mərkəzi"ndə BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Ücman universitetinin Humanitar Elmlər institutunun İslami araşdırmalar və Ərəb dili və ədəbiyyatı fakültələri və BƏƏ-nin "Cameətul-Macid" Mədəni İrs Mərkəzinin həmkarlığı ilə keçirilir.

Sərgiyə çıxarılan əlyazmalardan 8 ədədi "Cameətul-Macid" Mədəni İrs Mərkəzinin muzeyində saxlanılan orjinal nüsxələrdir. Bu səkkiz ədəd nüsxən ən qədimi Əbul-Fəzl Mosulinin (vf. 683 hq) "əl-Muxtar Lil-Fətava" kitabıdır. Bu nüsxə 788-ci hicri-qəməri ilinin Məhərrəm ayının 10-da yazılıb başa çatmışdır.

Sərgiyə çıxarılan digər nüsxə isə Əbu Bəkr Ləxminin (vf. 645 hq) "əl-Vəsayilul-mütəqəbbilə fi mədhin-Nəbi" kitabıdır. Bu nüsxə 973-cü ilin Rəbiul-Əvvəl ayının 3-də kitabət edilmişdir.

Nümayiş olunan digər 40 əlyazma nüsxənin isə skanerdən çıxarılmış nüsxəsi sərgiyə çıxarlıb.    

http://iqna.ir/fa/news/3797819  

Teqlər: iqna ، əlyazma nüsxə ، bəə ، sərgi
Ad:
E-poçt:
* Comment: