IQNA

14:23 - March 15, 2019
Xəbər sayı: 3484844
Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern iki məscidə edilən hücum zamanı 40 nəfərin həyatını itirdiyini bildirib. O bu hadisənin ölkənin “ən qara günlərindən birinə” çevrildiyini vurğulayıb.
Yeni Zelandiyada məscidlərdə atəş açılması nəticəsində ölənlərin sayı 49-a çatıbİQNA-nın (Beynəlxalq Quran Xəbər  Agentliyi) "maide.az"a istinadla verdiyi xəbərə görə, son məlumata əsasən, Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern iki məscidə edilən hücum zamanı  49 nəfərin həyatını itirdiyini bildirib. 
O bu hadisənin ölkənin “ən qara günlərindən birinə” çevrildiyini vurğulayıb. “Burada baş verənlər qeyri-adi, görünməmiş zorakılıq hadisəsidir”, – o, sözlərinə əlavə edib.
Onun sözlərinə görə, Linvuddakı (Kraystçörç ətrafında yerləşir - red.) məsciddə 10, şəhərin birbaşa özündə Din-avenyudakı məsciddə 30 nəfər ölüb, 20-dən çox adam ağır yaralanıb. Yaralananlar xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, Yeni Zelandiyanın Kraystçerç şəhərində iki məsciddə insanlara atəş açmaqda şübhəli bilinən 4 terrorçu saxlanılıb. Məscidə hücum zamanı onlarla insan yaralanıb. 
Zelandiya polisi bildirib: "Silahlı hücumda digərlərinin də iştirak edib-etmədiyini hələ bilmirik, lakin onlardan heç biri azadlıqda qalmayacaq".
Ad:
E-poçt:
* Comment: