IQNA

16:00 - March 15, 2019
Xəbər sayı: 3484845
Hollandiyanın Haaqa şəhərinin Duanevard rayonunun Jimont muzeyində Həzrət Peyğəmbərin (s) səhabələri tərəfindən kitabət edildiyi iddia olunan qədim Quran səhifəsi saxlanılır.

Hollandiyada qədim Quran səhifəsi saxlanılır – FotoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hollandiyanın Haaqa şəhərinin Duanevard rayonunun Jimont muzeyində Həzrət Peyğəmbərin (s) səhabələri tərəfindən kitabət edildiyi iddia olunan qədim Quran səhifəsi saxlanılır.

Hollandiyanın Haaqa şəhərinin Duanevard rayonunun qədim memarlığı metodu ilə tikilmiş evlərinin arasında yerləşən Jimont muzeyi 1935-ci ildə təsis edilmişdir. Bu muzeydə dünyanın müxtəlif yerlərinin müxtəlif dövrlərinə aid üç min civarında qiymətli mədəniyyət və incəsənət əsərləri saxlanılır.  

Bu muzeyin İslami əsərlər bölməsində Həzrət Məhəmməd (s) peyğəmbərinin vəfatından bir neçə il sonra səhabələri tərəfindən kitabət edilən Qurani-Kərimin bir səhifəsi saxlanılır. Bu səhifə muzeyin ən bahalı əsəridir.

Ən qədim Quran nüsxəsi hesab edilən bu səhifəni oxumaq çox çətindir. Çünki nüsxənin kitabətində heç bir işarədən (nöqtə, vergül, səs əlamətləri və s...) isitfadə edilməyib.

Muzeydə diqqəti çəkən digər bir əşya isə qədimiliyi 14 əsr öncəyə qayıdan Misrin İslam mədəniyyətinə aid olan güldandır. Güldan müsəlmanlara məxsus tərzdə Quran ayələri ilə gözəl bəzədilmişdir.     

http://iqna.ir/fa/news/3797992

نگه‌داری صفحاتی از یک قرآن قدیمی در موزه «لاهه» هلند
 
نگه‌داری صفحاتی از یک قرآن قدیمی در موزه «لاهه» هلند
 
نگه‌داری صفحاتی از یک قرآن قدیمی در موزه «لاهه» هلند
 
نگه‌داری صفحاتی از یک قرآن قدیمی در موزه «لاهه» هلند

 

Ad:
E-poçt:
* Comment: