IQNA

İraqda qarilərin bir illik təkmilləşdirmə kursu başa çatıb

16:17 - March 15, 2019
Xəbər sayı: 3484846
Dünən, Mart ayının 14-də yekunlaşan bu kurslarda Quran elmləri ixtisaslaşdırılmış dərs proqramı çərçivəsində təlim edildi. Bu dərs proqramında Kərbəla əyalətindən 40 qari iştirak etdi.

İraqda qarilərin bir illik təkmilləşdirmə kursu başa çatıbİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqda Qurani-Kərimin peşəkar qarilərinin bir illik təkmilləşdirmə və peşəkarlıq səviyyəsinin artırılması təlim kursları başa çatıb.

Bu kurslar İmam Hüseynin (ə) hərəminin Darul-Quran idarəsinin nəzdində fəaliyyət göstərən İmam Əli (ə) Quran mədrəsəsində keçirildi.

Kərbəlanın "əl-Hürr əs-Səğir" rayonunda keçirilən təlim kurslarının sonunda kursları müvəffəqiyyətlə başa vuranlara şəhadətnamə verilib.

İmam Hüseynin (ə) hərəminin Darul-Quran idarəsinin Quran təlimləri mərkəzinin məsul işçisi Ustad Əli Əbud Tayi bu barədə deyib: 2019-cu ilin Mart ayının 14-də yekunlaşan bu kurslarda Quran elmləri ixtisaslaşdırılmış dərs proqramı çərçivəsində təlim edildi. Bu dərs proqramında Kərbəla əyalətindən 40 qari iştirak etdi.

O əlavə edib: Kurslar bir il müddətində hər həftədə bir gün olmaqla Quran elmləri mütəxəssisi və İmam Hüseynin (ə) hərəminin Darul-Quran idarəsinin Quran araşdırmaları mərkəzinin rəisi Seyid Mürtəza Cəmaluddinin nəzarəti ilə keçirilirdi.  

http://iqna.ir/fa/news/3798002

پایان دوره یک‌ساله تقویت مهارت قاریان در عراق + عکس
 
پایان دوره یک‌ساله تقویت مهارت قاریان در عراق + عکس
 
پایان دوره یک‌ساله تقویت مهارت قاریان در عراق + عکس
captcha