IQNA

 Pakistan Cümə namazında Yeni Zelandiya terror hadisəsi məhkum edildi

10:30 - March 16, 2019
Xəbər sayı: 3484849
Pakistan müsəlmanları dünən, həftənin Cümə günü, 15 Mart 2019-cu il, Cümə namazından sonra Yeni Zelandiyada İslamofobiya və irqçilik zəminində törədilmiş vəhşi cinayəti məhkum etdilər.

 Pakistan Cümə namazında Yeni Zelandiya terror hadisəsi məhkum edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pakistan müsəlmanları dünən, həftənin Cümə günü, 15 Mart 2019-cu il, Cümə namazından sonra Yeni Zelandiyada İslamofobiya və irqçilik zəminində törədilmiş vəhşi cinayəti məhkum etdilər.

Yeni Zelandiyanin iki məscidində qətliam edilmiş namazqılanların qatillərinin cəzalandırılması tələbi ilə aksiya keçirilən Pakistan müsəlmanları "Ləbbeyk Ya Hüseyn", "Ölüm olsun Amerikaya" şüarları səsləndiriblər.

Etiraz yürüşündə iştirak edənlər baş verən terror hadisələrində Amerika və Ali-Səudun günahkar olduğunu elan ediblər.

İslamofobiyaya və terrora qarşı etiraz aksiyaları Pakistanın bütün şəhərlərinin Cümə namazlarında keçirilib.

Küveytə şiələri də Cümə namazından sonra həm Yeni Zelandiyada qətliam edilən əhli-sünnə müsəlmanlarını və həm də Pakistanın Deyrə İsmayil Xan şəhərində qətliam edilən şiə müsəlmanları anıblar, terrorun hər növünü məhkum ediblər. Habelə Pakistan silahlı qüvvələrindən Ali-Səud muzdurları olan təkfirçi terrorçular barəsində ciddi ölçü götürülməsini istəyiblər.

Küveytənin Cümə xətibi Höccətul-İslam vəl-müslimin Seyid Haşimi Musəvi deyib: Səudiyyə Ərəbistanın kralının vəliəhdi İbn Salman iş üzərinə gəldikdən sonra şiələr əleyhinə terrorlar güclənib və bu məsələ üzərində düşünülməlidir.

O əlavə edib: Pakistan dövləti şiələri qətliam edən terrorçular barədə ciddi ölçü götürməlidir. Əgər şiə və sünnilər küçələrə çıxsalar, ölkənin idarəsi dövlətin kontrolundan çıxacaq. Buna görə də Pakistan dövləti terrorçulara qarşı qəti addım atsın və şiələrin qətliamının qarşısını alsın.    

http://iqna.ir/fa/news/3798115

محکومیت حادثه نیوزیلند در نماز جمعه پاکستان

captcha