IQNA

Qeyri-müsəlmanlar terror qurbanlarının ailələrinə başsağlığı verdilər

13:35 - March 16, 2019
Xəbər sayı: 3484850
Britaniyanın İslam və Xristinalıq dialoqu təşkilatı və İngiltərənin Canterbury kilsəsinin baş yepiskopu xristianlardan istəyib ki, müsəlmanların Cümə namazında iştirak etsinlər.

Qeyri-müsəlmanlar terror qurbanlarının ailələrinə başsağlığı verdilərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, müxtəlif ölkələrdə yaşayan müsəlmanlar və qeyri-müsəlmanlar Yeni Zelandiyanın iki məscidində vəhşicəsinə törədilmiş qətliam və terror hadisəsi ilə bağlı əzizlərini itirmiş ailələrə başsağlığı veriblər.

Yeni Zelandiyada baş verən terror hadisəsinin ardınca bu ölkədəki bütün məscidlərin qapıları təhlükəsizlik tədbirlərinin gücləndirilməsi hədəfi ilə bağlanıb. Buna görə də ölkənin kilsələri sosial şəbəkələr üzərindən müsəlmanlara açıq qapı elan ediblər.

Ölkə əhalisi isə məscidələrə gül dəstələri göndərməklə müsəlmanların qəminə şərik olduqlarını bildiriblər.

Londonun Sent-Pavel kilsəsi də müsəlmanlara açıq qapı elan edib və hadisə qurbanları üçün dua mərasimi keçirib.

Britaniyanın İslam və Xristinalıq dialoqu təşkilatı və İngiltərənin Canterbury kilsəsinin baş yepiskopu xristianlardan istəyib ki, müsəlmanların Cümə namazında iştirak etsinlər.

Bundan əlavə müsəlmanlar və qeyri-müsəlmanlar hərməylik kampaniyası yaradaraq hadisə qurbanlarının ailələri üçün 400 min dollar maddi yardım toplayıblar.

Sosial şəbəkə fəalları isə Yeni Zelandiya prezidenti Jacinda Ardern hadisədən sonrakı çıxışında müsəlmanlar barədə "onlar Yeni Zelandiyanı öz evləri olaraq seçiblər və onlar bizdəndirlər" ifadəsi ilə çıxışından sonra #TheyAreUs (Onlar bizdəndirlər) haştağı ilə müsəlmanlara dəstək kampaniyası yaradıblar.

http://iqna.ir/fa/news/3798121

captcha