IQNA

Nigeriyalı məşhur qari oğurlandı

23:23 - March 16, 2019
Xəbər sayı: 3484852
Quran qarisi Şeyx Əhməd Süleyman Kanu əyalətindəndir. O, həftənin Cüməaxşamı günü (14 Mart 2019) özündən başqa beş nəfər səfər yoldaşı ilə Kanuya qayıdarkən Şim-Kankara yolunda oğurlanıb.

Nigeriyalı məşhur qari oğurlandıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Nigeriyalı məşhur Quran qarilərindən biri sayılan Şeyx Əhməd Süleyman ölkənin Katsina əyalətində oğurlanıb.

Quran qarisi Şeyx Əhməd Süleyman Kanu əyalətindəndir. O, həftənin Cüməaxşamı günü (14 Mart 2019) özündən başqa beş nəfər səfər yoldaşı ilə Kanuya qayıdarkən Şim-Kankara yolunda oğurlanıb.

O, Quran qiraəti məclisində iştirak etmək üçün Kabi əyalətinə getmişdi.

Şeyx Süleyman Nigeriyanın məşhur Quran qarilərindəndir və həmişə müxtəlif yarışlarda və mərasimlərdə Quran qiraət edir.

Katsina əyalətinin Cümə və Camaat imamları və alimlər şurasının müavini Suracu Mahmud Kenkiya Cümə namazında bu xəbəri təsdiq edib.

Katsina əyalətinin polis qərargahının sözçüsü Gambu İsa bu xəbəri təsdiq edərək dedi: Polis oğurlanmış şəxsləri xilas etməyə çalışır. Habelə camaatdan da bu barədə həmkarlıq etmələrini istəyir.   

http://iqna.ir/fa/news/3798309

captcha