IQNA

Qananın "The Daily Graphic" qəzeti Quranın elmi ecazkarlığından yazdı

7:57 - March 17, 2019
Xəbər sayı: 3484854
Qana respublikasının çoxtirajlı "The Daily Graphic" qəzeti Qurani-Kərimin elmi ecazkarlığı, din və elmin əlaqəsindən bəhs edən məqalə nəşr edib.

Qananın İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qana respublikasının çoxtirajlı "The Daily Graphic" qəzeti Qurani-Kərimin elmi ecazkarlığı, din və elmin əlaqəsindən bəhs edən məqalə nəşr edib.

Məqaləni Qananın İslam Universitetinin maarif müavini və həmin universitetin müəllimi Adəm Camal Nasir yazıb və məqalədə elm və din arasındakı əlaqəyə aydınlıq gətirib.

Adəm Camal Nasir məqaləsini Qananın katolik kilsəsinin keşişi Piter Sapunqa cavab yazıb. Piter Sabunq məqalə yazaraq iddia etmişdi ki, din və elm bir-birinə ziddir və bunların əhatə dairəsi bir-birindən ayrıdır.

Adəm Camal Nasir öz məqaləsində Qurani-Kərimin Mominun surəsinin 30-cu ayəsinə

 «أَوَلَمْ يَرَ الَّذِينَ كَفَرُوا أَنَّ السَّمَاوَاتِ وَالْأَرْضَ كَانَتَا رَتْقًا فَفَتَقْنَاهُمَا وَجَعَلْنَا مِنَ الْمَاءِ كُلَّ شَيْءٍ حَيٍّ أَفَلَا يُؤْمِنُونَ»

istinad edərək müasir biologiyanın da bu ayədəki aşkar elmi həqiqəti təsdiqlədiyini bildirib. Müasir elmə görə də bütün canlı varlıqların yaradılışında su ünsürü vardır və bütün varlıqların ilk yaranış maddəsi sudur.

Qeyd edək ki, Qananın İslam Universiteti bu ölkədə yaşayan müsəlmanların yeganə elmi mərkəzidir.  

http://iqna.ir/fa/news/3798280

مقاله اعجاز علمی قرآن در پرتیراژترین روزنامه غنا

captcha