IQNA

BƏƏ-də məhbus Quran yarışlarının qalibi oldu

22:20 - March 18, 2019
Xəbər sayı: 3484861
Keçən həftənin Bazar günü (17 Mart 2019) BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Əbu-Zəbi şəhərində keçirilən Rəsul-Xeymə Qurani-Kərim yarışlarında qalib olan məhbusun şəkilini polis idarəsi də paylaşıb.

BƏƏ-də məhbus Quran yarışlarının qalibi olduİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-də (Birləşmiş Ərəb Əmirlikləri) keçirilən "Rəsul-Xeymə" Qurani-Kərim yarışlarında bir məhbus Quran yarışlarının qalibi elan edildi.

Keçən həftənin Bazar günü (17 Mart 2019) BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Əbu-Zəbi şəhərində keçirilən Rəsul-Xeymə Qurani-Kərim yarışlarında qalib olan məhbusun şəkilini polis idarəsi də paylaşıb.

Məhbuslar arasında keçirilən bu yarışlar BƏƏ-nin Əbu-Zəbi şəhərinin cinayət və cəzaların idarə edilməsi polisi tərəfindən təşkil edilib.

BƏƏ-nin Əbu-Zəbi şəhərinin cinayət və cəzaların idarə edilməsi polisi tərəfindən bu yarışların digər qalibi isə İslam dinini yenicə qəbul etmiş xarici vətəndaş olub. O, bu yarışlarda səkkizinci yeri qazanıb.

Qeyd edək ki, Rəsul-Xeymə şəhəri BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) varlı şeyxləri yaşayan yeddi şəhərindən biridir. Bu şəhər Fars Körfəzində yerləşir.  

http://iqna.ir/fa/news/3798734

captcha